Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-25 14:58:00
AzTU Elmi Şurasının imtahan sessiyası ilə bağlı qərarı

AzEdu.az  xəbər verir ki, AzTU-da  yaz  imtahan sessiyasının keçirilməsi qaydaları təsdiqlənib:

 

Azərbaycan Texniki Universitetinin Elmi Şurası “AzTU-da tələbələrin biliyinin cari və aralıq qiymətləndirilməsi, təcrübələrin, yekun dövlət attestasiyasının nəticələrinin, buraxılış işinin və magistrlik dissertasiyasının müdafiəsinin təşkili barədə“ məsələni müzakirə edərək

 

                                          QƏRARA   ALIR :

 

1.Yekun Dövlət Attestasiyann nəticələrinin nəzərə alınması aşağıdakı kimi yerinə yetirilsin:

 

- Bakalavriat səviyyəsində tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə   tutulmuş cari attestasiyalardan müvəffəqiyyətlə keçmiş tələbələr ÜOMG-nə uyğun olaraq  yekun attestasiyadan keçmiş hesab olunsunlar.

 

- ÜOMG-n nəticələri ilə razılaşmayan tələbələrə əvvəlcədən müraciət etməklə avqust-sentyabr aylarında Dövlət İmtahanında iştirak etmək imkanı yaradılsın.

 

  1. Bakalavriat səviyyəsində buraxılış işinin məzmunu, yazılması və müdafiəsi aşağıdakı kimi təşkil edilsin:

 

-  Tələbə buraxılış işini Dövlət Attestasiya Komissiyasının (DAK-ın) katibi vasitəsi ilə sədrə və  hər bir DAK üzvünə elektron formada təqdim etsin.

 

- Buraxılış işini yerinə yetirə bilməyən tələbələrə,  onların müraciətləri əsasında buraxılış işinin müdafiəsi Dövlət İmtahanı (ÜOMG ilə) ilə əvəz olunmasına icazə verilsin.

 

-  DAK-da tələbələrin qiymətləndirilməsi zamanı ÜOMG-si nəzərə alınsın.

 

  1. Magistrlik dissertasiyasının məzmunu, yazılması, təqdim edilməsi və müdafiəsinin keçirilməsi aşağıdakı kimi təşkil edilsin:

 

-  Magistrlik dissertasiyası magistrantlar tərəfindən elektron formada rəhbərlərə göndərilsin.

 

- Magistrlik dissertasiyasının müdafiəsi üçün hər hansı elmi jurnallarda məqalənin və konfrans materialının dərc olunması tələb edilməsin.

 

-  Magistrlik dissertasiyasının həcminə, dissertasiyaya elmi rəhbərin rəy verməsi barədə hər hansı tələb qoyulmasın.

 

-  Dissertasiyanın qısa məzmunu barədə referat tələb edilməsin və dissertasiya hər hansı əlavə rəyə göndərilməsin.

 

- Magistrantlara lazımi metodiki və digər lazımi köməkliklərin göstərilməsi üçün universitet üzrə komissiya yaradılsın.

 

- Dissertasiyalar yoxlanaraq dissertasiyanın hazır variantı kafedralar tərəfindən kağız daşıyıcıda hazırlansın.

 

-  Dissertasiyaların müdafiə tarixi barədə magistrantlar məlumatlandırılsın.

 

- Magistrlik dissertasiyalarının müdafiəsi İxtisaslaşdırılmış Şuraların (İŞ) iclaslarında ixtisaslaşma üzrə müdafiə edən magistratların online iştirakı ilə təşkil edilsin. 

 

-  Magistrant işin aktuallığı, məqsədi, baxdığı məsələlər və yekun nəticəsi haqqında  onlayn təqdimat etsin.

 

- Müdafiə prosesində rektorluğun nümayəndəsinin və digər marağı olan şəxslərin online iştirak etmələri üçün lazımi şərait yaradılsın.

 

- Dissertasiya işini vaxtında müdafiəyə təqdim etməyən və ya müdafiədən qeyri-müvəffəq qiymət almış magistrantlar üçün avqust-sentyabr aylarında təkrar müdafiə təşkil edilsin.

 

  1. Bakalavriat və magistratura səviyyələrində imtahan sessiyalarının təşkili, tələbələrin biliyinin cari və aralıq qiymətləndirilməsi barəfdə:

 

-  Cari qiymətələndirmə zamanı online dərslərdə iştirak edib-etməməsindən asılı olmayaraq, əvvəlki semestrdəki ÜOMG nəzərə alınmaqla bütün təbələrin hamısına minimum 34 bal, dərslərdə aktivlik göstərən tələbələrə isə daha yüksək balların yazılması  təmin edilsin.

 

-  İmtahan sessiyası online video görüntülü olmaqla, şifahi formada  keçirilsin.

 

- İxtisaslar üzrə təsdiq olunmş tədris planlarına uyğun olaraq, hər bir akademik qrup üçün imtahan cədvəlinin hazırlanması və ictimayətə çatdırılması təmin olunsun.

 

- Hər biri fənn üzrə 25-30 imtahan sualları hazırlansın və sessiyanın başlanmasına ən azı 15 gün qalmış tələbələrə verilsin. 

 

-  İmtahanlarda tələbələrə “imtahan bileti” olmadan müxtəlif bölmələrdən beş sualın cavablandırılmasına şərait yaradılısın.

 

- Sorğu rektorluğun səlahiyyətli nümayəndəsinin, qrupun digər tələbələrinin onlineı iştirakı ilə müəllimlər tərəfindən şifahi olaraq aparılsın.

 

- Online dərslərində yüksək fəalliq göstərən, semestrlər üzrə göstəriciləri yüksək (ÜOMG) olan tələbələri həvəsləndirmək məqsədilə imtahandan azad edib, yüksək balın yazılması üçün imtahan qəbul edən müəllimlərə səlahiyyət verilsin. 

 

-  Online dərslərdə iştirak edə bilməyən tələbələrin müraciətləri olduğu halda (müraciətlər iyul ayının 5-nə dək qəbul olunur) carı ilin avqust ayı ərzində (3–4 həftə müddətində) odənişsiz əsaslarla icmal mühazirələr təşkil edilsin.

 

- İmtahanlarda iştirak edə bilməyən və ya qeyri-müvəffəq qiymət almış tələbələr üçün növbəti semestr başlayana qədər imtahan sessiyası təşkil edilsin. Əlavə olaraq hər bir tələbəyə fənni (fənləri) dinləmədən akademik borcu əvvəlki semestrdə (semestrlərdə) yaranmış iki fənn üzrə (hər fəndən bir dəfə olmaqla) də, ödəniş etmədən  imtahanda iştirak etməsinə icazə verilsin. 

 

  1. Təcrübələrin qiymətləndirilməsi aşağıdakı kimi yerinə yetirilsin:

 

- Bakalavriat  və magistratura tələbələrin təcrübəsinin qiymətləndirilməsi əvvəlki semestrin ÜOMG-nə uyğun olaraq aparılsın.

 

- Carı tədris ilinin QİŞ imtahan sessiyasının nəticələrinə görə ÜOMG-si 51 baldan aşağı olan bakalavriat və magistr tələbələrin təcrübədən müsbət qiymətləndirilməsi təmin edilsin.

 

  1. İmtahan sessiyası və Yekun Dövlət Attestasiyasının təşkili zamanı “İmtahanlar zamanı koronovirus inveksiyasının (COVİD-2019) profilaktikasına dair metodik göstərişlər”əəməl olunması üçün lazımi hazırlıq tədbirlərinin görülməsi İnzibati-təsərrüfat işləri üzrə prorektora (Abzər Mirzəliyev) tapşırılsın.