Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-24 12:40:00
Rusiya koronavirus xəstələrini bu üsulla sağaldacaq - 5-6 gün...

Rusiya Səhiyyə Nazirliyi COVID-19-un müalicəsində "Favipiravir"in rolundan danışıb.

 

AzEdu.az xəbər verir ki, Səhiyyə Nazirliyinin baş uroloqu Dmitri Puşkar RİA

"Novosti"yə açıqlamasında bildirib ki, koronavirus xəstələrinin "Favipiravir" ilə müalicəsi orta hesabla bir həftə çəkəcək.

 

O qeyd edib ki, artıq müalicə rejimi hazırlanıb:

 

"Orta hesabla müalicə bir həftədən çox olmayacaq. Bu dərmanın fərqli heyvan modelləri üzərində aparılan klinik araşdırmaları göstərib ki, virus 5-6 günə məhv olur".

 

Bundan əvvəl bildirilmişdi ki, "Favipiravir"in klinik sınağının 4-8 həftə ərzində başa çatdırılması planlaşdırılır. (publika.az)