https://www.zirve.edu.az/
23.05.2020 12:35
DİM Bakı şəhəri və regionlarda vətəndaşların qəbulunu həyata keçirir - FOTO
Çap et

Vətəndaşların qəbulu şənbə, bazar və bayram günləri* istisna olmaqla saat 09:30-dan 17:00-dək DİM-in Bakı şəhərində yerləşən inzibati binalarında və rayonlarda yerləşən regional bölmələrində Mərkəzin internet saytı vasitəsilə əvvəlcədən onlayn növbə götürməklə həyata keçirilir.

 

AzEdu.az xəbər verir ki, vətəndaşların qəbulu koronavirus (COVID-19) infeksiyasnın profilaktikasına dair metodiki göstərişlərə uyğun təşkil edilir. Bunun üçün vətəndaş qəbulu mərkəzlərində təlimata uyğun müvafiq şərait yaradılıb.

 

Qəbul mərkəzlərində müraciət edən vətəndaşların öz aralarında və işçilərlə (xidmət göstərən əməkdaşlar və s.) sıx qarşılıqlı münasibətlərində lazımi sosial məsafənin saxlanılması təmin olunur.

 

“Vətəndaşlardan yalnız zəruri hallarda onlayn növbə götürmək və xidmət mərkəzlərinə yaxınlaşmaq xahiş olunur. Müraciətlə bağlı, ilk növbədə, 1653 Çağrı mərkəzinə zəng etmək və ya sosial şəbəkə (“Facebook”, “Instagram”) hesablarımıza yazmağınızı tövsiyə edirik”, - deyə DİM-dən məlumat verilib.

 

Onlayn növbə tutmaq üçün hər bir şəxs sistemdə tələb olunan məlumatları doldurmaqla (şəxsi məlumatlar, görüşün mövzusu, yeri, tarixi və saatı) xidmətdən rahat yararlana bilər. Bir şəxs gün ərzində yalnız 1 görüş təyin edə bilər.

 

Tibbi maskasız müraciət edənlərin qəbulu həyata keçirilmir.

 

Qeyd edək ki, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün elektron ərizəsini Sənəd Qəbulu Komissiyasında təsdiq etdirməli olanlar onlayn növbə götürməklə qeyri-iş günləri olan 23, 29, 30 may tarixlərində də  müvafiq SQK-ya yaxınlaşa bilərlər.