Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-22 10:41:00
AzTU-nun məzunları “Nitel Texnoloji Mühəndislik A.Ş İstanbul- Bakü”də işə qəbul olunub

Azərbaycan Texniki Universitetinin (AzTU) “Energetika, elektrotexnika və avtomatika” fakültəsinin IV kurs tələbələri 2019-cu ilin oktyabrdan “Nitel Texnoloji Mühəndislik A.Ş İstanbul- Bakü” şirkətində müsahibə proqramını uğurla keçərək təqaüdlü təcrübə proqramında iştirak edirlər. 

 

 AzEdu.az  xəbər verir ki, bununla bağlı universitetin nümayəndə heyəti şirkətin əməkdaşları ilə videoformatda görüş keçirib. Görüşdə bildirilib ki, AzTU-nun 3 məzunu şirkətdə elektrik, elektroenergetika mühəndisi, mühəndis-elektronçu vəzifələrinə işə qəbul olunub.

 

Söhbət zamanı məzunların karyera quruculuğuna dəstək məqsədi ilə AzTU ilə şirkətin əməkdaşlığının genişləndirilməsi və yeni təcrübə proqramlarının təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.