Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-22 10:08:00
AzTU-nun rektoru "Sumqayıt Texnologiya Data Mərkəzi" MMC-nin direktoru ilə görüşüb

Azərbaycan Texniki Universitetinin (AzTU) nümayəndə heyəti "Sumqayıt Texnologiya Data Mərkəzi" MMC-də olub.

 

 AzEdu.az  xəbər verir ki, görüşdə AzTU-nun rektoru Vilayət Vəliyev və STDM-in direktoru Elvin Aslanov əməkdaşlığın əsas istiqamətlərini müzakirə edib. Söhbət zamanı hazırda AzTU-da qurulan labaratoriya və təlim mərkəzinin fəaliyyətinin təşkili, eləcə də blockchain texnologiyası, elektronika, biotibbi texnologiya, müasir soyutma sistemləri üzrə tədrisin yenidən qurulması və bu istiqamətdə birgə elmi-tədqiqatların aparılması müzakirə olunub.