Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-21 18:08:00
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti: Onlayn imtahanlar qrup şəklində olacaq

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2019-2020-ci tədris ilinin onlayn yay imtahanları qrup şəklində olacaq.

 

 AzEdu.az  xəbər  verir ki, hər qrup 6 nəfərdən ibarət altqruplara bölünəcək. Aktiv rejimdə, eyni zamanda, maksimum 6 tələbə və müəllimin iştirakı ilə imtahan keçiriləcək. Buna təxminən bir saata qədər vaxt sərf olunacaq. Beş dəqiqəlik fasilədən sonra 6 tələbədən ibarət ikinci alt qrupla imtahan prosesi başlayacaq.

 

Tələbələr onlayn rejimdə bilet çəkəcəklər. Biletin sualını tələbə və müəllim eyni vaxtda görəcək. Tələbələrin hər birinə hazırlaşmaq üçün 15-20 dəqiqə vaxt veriləcək, eyni zamanda, bileti çəkdikdən sonra birbaşa cavab vermək mümkündür.