Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-21 17:43:00
BDU-da ustad dərsi: COVID-19-un epidemiologiyası, diaqnostikası, klinik xüsusiyyətləri və qarşısının alınması

Mayın 21-də Bakı Dövlət Universitetində (BDU) Türkiyənin Akdeniz Universitetinin professoru, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Molekulyar biomühəndislik laboratoriyasının müdiri, akademiyanın müxbir üzvü Tərlan Məmmədov “Yeni koronovirus COVID-19: epidemiologiyası, virusologiyası, diaqnostikası, klinik xüsusiyyətləri və qarşısının alınması” mövzusunda onlayn ustad dərsi keçib.

AzEdu.az xəbər verir ki, videobağlantıya qoşulan rektor Elçin Babayev dünyanı bürüyən COVID-19 infeksiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində ali təhsil ocağında görülən qabaqlayıcı və effektiv tədbirlər haqqında ətraflı məlumat verib. Azərbaycanda yeni növ koronavirusla mübarizənin inkişaf etmiş dövlətlərlə müqayisədə daha yaxşı təşkil olunduğunu vurğulayan rektor Prezident İlham Əliyevin nəzarəti altında həyata keçirilən çevik tədbirlər nəticəsində virusun ölkəmizdə geniş yayılmadığına və bundan sonra da yayılmasının ehtimal olunmadığına diqqət çəkib.

Ustad dərsində AMEA-nın müxbir üzvü Tərlan Məmmədov COVID-19 pandemiyasının diaqnostika və müalicə üsulları, virusun genomu, quruluşu, mənşəyi, xəstəlik əlamətləri, eyni zamanda, vaksinlər hazırlanması, xəstəliyin qarşısının alınması və ondan qorunma vasitələri, yeni epidemiya təhlükələrinin qarşısının alınmasında innovativ texnologiyaların tətbiqi, milli biotəhlükəsizlik çağırışları kimi məsələlərə aydınlıq gətirib.

“Microsoft Teams” platforması üzərindən təşkil olunmuş dərs iştirakçıların marağına səbəb olub. Ustad dərsi sualların cavablandırılması ilə yekunlaşıb.