Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-21 14:47:00
Türkiyədə 300 azərbaycanlı tələbəyə yardım göstərildi

Türkiyənin Sakarya şəhərində COVID-19 pandemiyası ilə müvəqqəti çətinliklə üzləşmiş 300-dən çox azərbaycanlı tələbəyə maddi və ərzaq dəstəyi göstərilib.

 

 AzEdu.az  xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb. 

 

Sakarya Azərbaycan-Türkiyə Qardaşlıq Topluluğunun rəhbəri Vüqar Nəsirov bildirib ki, müqəddəs Ramazan ayında həyata keçirilən humanitar aksiyalar zamanı 200 tələbəyə ərzaq yardımı edilib, 100 tələbəyə (50-si birbaşa maddi yardım alıb, 50-si alış-veriş kartı ilə təmin olunub) maddi kömək göstərilib: "Xeyriyyə aksiyası pandemiya öncəsi başqa şəhərlərdən səyahət və şəxsi işlər məqsədilə Sakaryaya gələn və karantin müddətində yaşadıqları yerlərə qayıda bilməyən tələbələri və onların ailə üzvlərini də əhatə edib".