Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-21 14:23:00
Şagirdlərin nəzərinə: müsabiqəyə yazı qəbulu davam edir

Azərbaycan Dillər Universitetinin (ADU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) tərəfindən elan olunmuş müsabiqəyə yazı qəbulu davam edir.

 

ADU-dan AzEdu.az-a biverilən məlumata görə, yazılar “Word” formatda “Times New Roman” şrifti ilə 14 ölçüdə, 1500 (min beş yüz) sözdən çox olmamalıdır.

 

Müsabiqədə ölkə üzrə bütün ümumtəhsil müəssisələrində təhsil alan 9, 10 və 11-ci sinif şagirdləri iştirak edə bilərlər.

 

Yazılar mayın 31-dək [email protected] ünvanına göndərilməlidir. Müsabiqəyə abituriyentlər Azərbaycan Dillər Universitetində reallaşan uğurlu layihələr, beynəlxalq əlaqələr, mərkəzlər, xaricdə təhsil proqramları, tədris olunan dillər, fakültələr, ixtisaslar, Tələbə Həmkarlar İttifaqı Komitəsi, o cümlədən tələbə həyatı və fəxri məzunlarla bağlı ümumiləşdirilmiş araşdırma yazılar təqdim edə bilərlər.

 

Ən yaxşı araşdırma yazılar ADU THİK tərəfindən mükafatlandırılacaq. Qaliblərin iyul ayının ilk həftəsində mükafatlandırılması planlaşdırılır.