Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-21 10:27:00
Mingəçevir Dövlət Universiteti tələbələrinin nəzərinə!

"Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə" Azərbaycan Respublikasının Nazirlər Kabinetinin  13 aprel  2020-ci il tarixli  138  nömrəli Qərarına əsasən hazırlanmış məlumat sistemi artıq istifadəyə verilmişdir. Sistemə daxil olmaq üçün    www.e-telebe.edu.az ünvanından istifadə edilməlidir. Qeydiyyat tələbə tərəfindən aparılmalıdır.

 

AzEdu.az  xəbər verir ki, universitetdən verilən məlumata görə, tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi sisteminin istifadəçi təlimatı əlavə edilmişdir.

 

Qeydiyyat zamanı hər hansı çətinliklə qarşılaşıldığı zaman Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (146-1) müraciət edilə bilər.