Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-21 09:12:00
Mingəçevir Dövlət Universitetində Tələbə Elmi Cəmiyyətinin konfransı olub

Mingəçevir Dövlət Universitetində (MDU) Tələbə Elmi Cəmiyyətinin elmi-praktiki konfransı keçirilib.

 

Virtual formatda keçirilən konfransı açan MDU-nun rektoru Şahin Bayramov bakalavriat səviyyəsində təhsil alan tələbələrin elmi tədqiqat fəaliyyətinə olan marağının artmasını yüksək qiymətləndirib.

 

AzEdu.az xəbər verir ki, cari tədris ilində Tələbə Elmi Cəmiyyətinin fəaliyyətinin qənaətbəxş olduğunu bildirən Ş.Bayramov aktual mövzularda tədqiqatlar aparan tələbələrin gələcəkdə magistratura və doktorantura səviyyələrində təhsil almaları üçün MDU tərəfindən müvafiq dəstəyin göstəriləcəyini diqqətə çatdırıb.

 

Məruzə ilə çıxış edəcək tələbələrə uğurlar arzulayan Ş.Bayramov konfransda təqdim olunacaq elmi tədqiqatların mövzuları barədə məlumat verib.

 

Sonra MDU tələbələrindən Şamxal Hüseynov “Avtomobil nəqliyyatı ilə beynəlxalq daşımaların təşkili sistemləri”, Aytən Bağırzadə “Coğrafi adlar mənəvi sərvətimizdir: - Lələtəpə”, Gülnaz Qarayeva “İnsan amili Azərbaycan dövlətinin sosial siyasətinin strateji hədəfi kimi”, Elsevər Cəfərov “Kabelsiz enerji transmissiyası”, Çingiz Çingizzadə “Büdcə kəsirinin yaranması və onun aradan qaldırılması imkanları”, Günay Əhmədova “Müəllim-şagird, tərbiyəçi-uşaq şəxsiyyəti pedaqoji ustalığın vasitəsi kimi”, Xoşqədəm Məmmədli “Onlayn tədrisdə bulud xidmətlərindən istifadə”, Nurlan Yusibov “İqtisadiyyatın inkişafında sənaye parkları və məhəllələrinin rolu” mövzularında məruzələrlə çıxışlar ediblər.

 

Virtual konfransın iştirakçıları tərəfindən maraqla qarşılanan məruzələr ətrafında müzakirələr aparılıb.