Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-20 15:52:00
Mingəçevir Dövlət Universiteti “Peşəkarla görüş” layihəsinə start verir  

Mingəçevir Dövlət Universitetində (MDU) “Peşəkarla görüş” adlı layihəyə start verilir.

AzEdu.az xəbər verir ki, bu barədə universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən  məlumat verilib.

Bildirilib ki, layihə çərçivəsində işinin peşəkarı olan mütəxəssislər, alimlər və tanınmış şəxslər ilə görüşlərin keçirilməsi nəzərdə tutulur. Davamlı olaraq keçiriləcək görüşlərdə MDU-nun tələbələri, magistrantları, məzunları və gənc əməkdaşları iştirak edəcəklər.

Layihənin məqsədi universitetin kollektivinin müxtəlif aktual mövzular barədə peşəkarların bilik və bacarıqlarından faydalanması üçün imkanların yaradılmasından ibarətdir. Görüşlərə dəvət olunacaq qonaqların seçimi MDU-nun tələbə və müəllim kollektivinin rəyləri nəzərə alınmaqla həyata keçiriləcəkdir. Layihənin regionda yerləşən və müasirləşmə yolunda olan MDU-da yeni dövrün tələblərinə uyğun ali təhsil mühitinin formalaşdırılmasına mühüm töhfə verəcəyi gözlənilir.

“Peşəkarla görüş” layihəsi çərçivəsində keçiriləcək ilk görüşün qonağı BP şirkətinin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli olacaqdır. “Gənclərin karyera inkişafı” mövzusunda keçiriləcək ilk görüş “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunacaqdır.

Mayın 22-də saat 13:00-da keçiriləcək görüşdə iştirak etmək istəyənlər [email protected] elektron poçt ünvanına müraciət göndərə bilərlər.