Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-20 13:11:00
Kəsilən tələbələr üçün ÖDƏNİŞSİZ imtahanlar təşkil olunacaq — RƏSMİ

“Bir neçə fəndən akademik borcu olan tələbələrə  ödənişsiz olaraq təkrar imtahan şansı veriləcək”.

AzEdu.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin sektor müdiri Yaşar Ömərov deyib. O, qeyd edib ki, əvvəllər tələbə maksimum 2 fəndən imtahan verə bilərdi.

“Pandemiya ilə əlaqədar tələbə yaxşı hazırlaşa bilər. Hətta 6 fənni varsa, hamısından kəsilirsə, o, ödənişsiz şəkildə imtahan verə bilər. Əvvəl 25 faiz ödəniş edilməli idi. İndiki dəyişikliyə görə, bu məhdudiyyət aradan qaldırılıb, tələbənin neçə fəndən kəsiri varsa, imtahanda iştirak edəcək. Tələbənin əvvəlki kurslardan kəsiri qalıbsa, burada məhdudiyyət olacaq və o, 2 fəndən imtahanda iştirak edə biləcək”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları