Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-19 13:30:00
“Vəzifələrimiz çox, məqsədimiz isə birdir – etimadı doğrultmaq” – İctimai Şuranın sədr müavini

 Bu sözləri AzEdu.az-a açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini, təhsil eksperti Nadir İsrafilov deyib.

 

 O, İctimai Şuranın mayın 17-də keçirilən onlayn iclası, eləcə də bundan sonrakı missiyası barədə fikirlərini bölüşüb:

 

 “Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şura “İctimai İştirakçılıq Haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq Təhsil naziri Ceyhun Bayramovun 11 iyul  2019-cu il tarixli  əmri əsasında  yaradılıb və onun  yaradılması Təhsil Nazirliyinin fəaliyyətində şəffaflığın daha da artırılması,  təhsil sahəsində  ictimaiyyətlə qarşılıqlı fəaliyyətin gücləndirilməsini təmin etmək məqsədi  daşıyır.  İctimai Şuraya namizədliyə və seçici qismində  iştirakla bağlı Təhsil Nazirliyinə 125-dən çox müraciət daxil olub ki, nəticədə sənədləri qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun olan 44 seçici və 34 namizəd rəsmi qeydiyyata alınıb.  Elə həmin ilin sentyabr ayının 4-də gizli səsvermə yolu ilə sədr, sədr müavini, məsul katib də daxil olmaqla 11 üzvdən ibarət heyyət  formalaşıb.  Yarandığı müddətdə  “Şura”qəbul olunmuş Əsasnaməsinə və təsdiq edilmiş Fəaliyyət planına əsasən təhsil sahəsində müxtəlif məsələlərin müzakirəsi üçün bir sıra  məsləhətləşmələr, dinləmələr keçirib,  ictimai müzakirələr  təşkil edib, təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsi  ilə bağlı Təhsil Nazirliyinə  təkliflər vermək və qanunvericiliklə müəyyən edilmiş digər hüquqlarından istifadə edib.

 

Ötən ilin 3 dekabr tarixində Azərbaycan Texniki Universitetində İctimai Şuranın rəhbərliyi və üzvlərinin, təhsil ekspertlərinin, KİV nümayəndələrinin iştirakı ilə Təhsil Nazirliyi yanında İctimai Şuranın 2019-2020-ci illər üzrə Fəaliyyət Planının təqdimatına həsr olunan mətbuat konfransında rüb ərzində görülən işlər barədə Şura sədrinin hesabatı dinlənilib. Hesabat və Şura üzvləri tərəfindən görülən bütün işlər və həyata keçirilən tədbirlər Şuranın eyni adlı Feysbuk səhifəsində yerləşdirilir”.

 

 Nadir İsrafilov fəaliyyət istiqamətlərindən söz açmaqla yanaşı, Təhsil nazirinin İctimai Şuranın fəaliyyətinə diqqət yetirdiyini də vurğulayıb:

 

 “Yarandığı qısa müddət ərzində hamısını sadalamağa ehtiyac bilmədiyim görülən işlər barədə təkcə onu deyə bilərəm ki, bundan sonrakı fəaliyyətimiz də maraqlı tərəflərin tərəfdaşlığından və dəstəyindən bəhrələnəcək.  Necə ki, bunu  Bakı, Gəncə, Lənkəran, Masallı, Quba və digər şəhər və rayonlarda təhsilin ayrı-ayrı problemlərlə  bağlı keçirdiyimiz tədbirlərdə, Təhsil Nazirliyi ilə Vahid məktəbli formasının, dərsliklərin, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydalarının, Təhsil İnstitutu ilə geniş tərkibdə beynəlxalq qiymətləndirmə məsələlərinə dair  dinləmələrdə, tanınmış təhsil nmütəxəssisləri və ictimaiyyətin bir qrup nümayəndələri ilə keçirdiyimiz dəyirmi masalarda bilavasitə şahidi olmuşuq.

 

Təhsil Nazirliyi yanında İctimai Şura yaranmış vəziyyətlə bağlı öz işini məsafədən qurmuş, ölkədə təhsil, təlim-tərbiyə prosesinin müvəqqəti dayandırılması ilə bağlı təhsil prosesi iştirakçılarına bir necə müraciətlər qəbul etmiş, öz tərəfindən ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə təhsil sahəsində qəbul edilmiş qərarla bağlı KİV-lərdə, sosial mediada heç bir obyektiv əsasa söykənməyən və insanlar arasında çaşqınlıq yaradan dezinformasiya xarakterli məlumatların yayılması hallarına yol verilməsi ilə bağlı  vətəndaşları sayıq olmağa,  yalnız Nazirlər Kabinetinin, Təhsil nazirliyinin, digər aidiyyəti dövlət orqanlarının və qurumların yaydığı rəsmi məlumatlara istinad etməyə çağırıb.

 

 Təhsil naziri Ceyhun Bayramovla nazirlik yanında İctimai Şuranın üzvləri ilə videokonfransda koronavirus pandemiyası dövründə ölkə ərazisində tədrisin məsafədən təşkili, bu zaman təhsilə əlçatanlığının təmin olunması,  eləcə də nazirlik və İctimai Şura tərəfindən görülən işlər, təhsilalanların qiymətləndirilməsi ilə bağlı yaranan çətinliklər və növbəti mərhələdə həllini gözləyən digər məsələlər barədə geniş müzakirələr aparılmışdır, bir sıra təkliflər dinlənilib”.

 

Şuranın sədr müavini sonuncu müzakirələrinin də vacib məsələyə toxunduğunu və onun gələcək müsbətləri haqqında da danışıb:

 

“Hesab edirəm ki, “Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi” ilə bağlı müzakirələrin vacibliyi nəzərə alınaraq, Təhsil nazirinin aidiyyatı əməkdaşları ilə bir araya gəlməyimiz gələcəkdə bu kimi müsabiqələrin keçirilməsi və qiymətləndirilməsi ilə bağlı bir sıra təkliflərin nəzərdən keçirilməsi baxımından faydalı oldu. Baxmayaraq ki,  təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhsildə inkişaf və innovasiyalar üzrə qrantların məbləği və ayrılması şərtləri, o cümlədən vəsaitlərin verilmə prosedurları, monitorinqin aparılması, hesabat və qiymətləndirmə üzrə tələblər”in tətbiq edilməsi haqqında” müvafiq Qərarına uyğun olaraq keçirilir və müsabiqəyə dair əsas tələblər həmin qərarla müəyyən edilir.

 

Əlbəttə əsas diqqət müsabiqənin  keçirilməsində məqsəd olan təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti, inkişafı stimullaşdırmaqdan, təhsilalanlar üçün daha əlverişli təhsil mühitinin yaradılmasına nail olmaqdan ibarətdir.  Müsabiqəyə təqdim olunan prioritet istiqamət üzrə layihə qəbulu zamanı innovativ istiqamətlərə daha çox yer ayrılması,  qiymətləndirmə zamanı aşkarlığın və şəffaflığın təmin olunmasının yeni mexanizmlərinin işlənib hazırlanması, müsabiqə qaliblərinin və onların layihələrinin kütləvi informasiya vasitələrində daha geniş işıqlandırılması, qazanılmış müsbət təcrübələrin digər ümumtəhsil müəssisələrində tətbiqi və bir sıra digər tövsiyələr verilmiş, növbəti qrant müsabiqəsinin prioritet istiqamətlərinin müzakirəsinə İctimai Şura üzvlərinin də cəlb edilməsi təklif edilmişdir.

 

Təhsil naziri Ceyhun Bayramovun da qeyd etdiyi kimi, “İctimai Şuranın fəaliyyətini biz bir neçə istiqamətdə olduqca faydalı hesab edirik. Birinci istiqamət ictimai nəzarətin olmasından ibarətdir. Digər tərəfdən ictimai fikrin, ictimai rəyin öyrənilərək daha sistemli şəkildə nazirliyə təqdim edilməsidir. Eyni zamanda, nazirliyin də bir sıra qəbul etdiyi qərarlarını və yanaşmaları bizimlə daim müzakirədən keçirməklə onu da yanaşma olaraq ictimaiyyətə çatdırmaqda, hesab edirik ki, bizim ümumi işimizə böyük bir töhfə verə bilər“.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları