Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-19 16:05:00
UNEC MBA proqramına üç yeni ixtisas əlavə olunub

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Biznes Məktəbində 3-ü yeni olmaqla 20 ixtisaslaşma üzrə qəbul həyata keçirilir.

 

UNEC-dən AzEdu.az-a bildirilib ki, yeni ixtisaslaşma üzrə qəbul beynəlxalq logistika və təchizat zəncirinin idarə edilməsi, kibertəhlükəsizlik, vergi idarəetməsi və vergi planlaşdırması üzrə aparılır.

 

Qeyd edək ki, MBA proqramı məzunlara rəhbərlik keyfiyyətlərini təkmilləşdirmək, sistemli bilik, bacarıq və işgüzar idarəetmə vərdişlərini yüksəltmək, iхtisaslarını davamlı olaraq artırmaq, müasir biznes informasiyalarını araşdırmaq, analitik düşünmə və qərarvermə qabiliyyəti qazanmaq hüququ verir, eləcə də onların müəssisə və təşkilatların idarə olunmasında məsul vəzifələr tutmasına imkan yaradır.