Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-21 09:00:00
“İxtisaslaşmış təhsil kanalı yaransa, ilk bunlara diqqət etməliyik” – Ekspertdən təkliflər

 

“Müasir tələblərə cavab verən təhsil proqramları hazırlanmalıdır”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında media eksperti Zeynal Məmmədli deyib.

 

O, təhsillə bağlı kanalın yaradılmasının vacibliyindən söz açıb:

 

 “Azərbaycan kimi nisbətən kiçik auditoriyalı ölkədə ixtisaslaşmış kanallara maliyyə bazası tapmaq real  reklam bazarı çərçivəsində mümkün görünmür. Təhsil, idman və mədəniyyət kimi ixtisaslaşan  kanallar ayrılan vəsait və zaman hesabına açıla bilər. Ancaq daha önəmli məsələ müasir tələblərə cavab verən təhsil proqramlarının hazırlanmasıdır. Çünki ixtisaslaşmış peşəkar kadrların seçilməsi bəlli hazırlıq və zaman tələb edir”.

 

 Zeynal Məmmədli təhsil kanalının yaradılması üçün hansı tələblərin lazım olduğunu qeyd edir:

 

 “Dərslər interraktivliyə, görsəlliyə dayanmalı və zəngin proqram çeşidi olmalıdır. Dəqiq və təbiət elmləriylə bağlı fənlər BBC-nin tədris proqramlarından alınıb tərcümə edilsə, daha effektli nəticə verər. Ədəbiyyat və tarixlə bağlı fənlər mövzuya görə sənədli film, dartışma, debat, səhnələşdirmə,  mütəxəssislə müsahibə və s. biçimlərdə hazırlana bilər. İşinin vurğunları və peşəkarlar cəlb edilməli, uyğun əməkhaqqı almalıdırlar. Parlaq aparıcılar, özəlliklə mütəxəssisləri danışdıra biləcək peşəkarlar cəlb edilməlidir. Seyirçilərə müstəqil düşünmək məntiqi aşılanmalı, qəlib cavab və baxışlara yol verilməməlidir. Bunlar ayrıca düşünülməli, müzakirə edilməli, ortaq məxrəcə gətirilməli və konsetual proqram sənədi hazırlanmalı, təhsil ideoloji baxış və siyasi təbliğatdan arındırılmalıdır”.

 

 

 

Qeyd edək ki, pandemiya şəraitində təhsilin əlçatanlığını təmin etmək üçün martın 11-dən Təhsil Nazirliyi tərəfindən Mədəniyyət və ARB Günəş kanallarında “Dərs vaxtı” verlişi yayımlanır.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları