Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-19 10:59:00
Tramp koronavirusa qarşı niyə bu dərmandan istifadə edir? - Baş həkim açıqladı

Ağ Evin Baş həkimi Sin P. Konli ABŞ Prezidenti Donald Trampın "Hidroksiklorokin" dərmanından istifadə səbəbini açıqlayıb.

 

AzEdu.az xəbər verir ki, həkimin sözlərinə görə, D.Trampın ətrafındakı insanlarda koronavirus infeksiyası aşkarlandıqdan sonra o, qabaqlayıcı tədbir məqsədilə bu dərmandan istifadə etməyə başlayıb.

 

S.Konli bildirib ki, bu dərmanın yararları risklərindən daha çoxdur. Dərman daha əvvəl malyariyanın müalicəsində istifadə olunub.

 

Qeyd edək ki, Ağ Evdə 2 həftə əvvəl koronavirusa yoluxma faktı aşkarlanmışdı. Bundan sonra Donald Tramp hər gün koronavirus testindən keçirilir. (publika.az)