Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-30 13:14:13
Tanınmış təhsil eksperti ideal müəllim modeli barədə danışıb  

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) pedaqoji forumunun növbəti dinləməsində tanınmış təhsil eksperti Etibar Əliyevin “Müəllim və pedaqoji təhsil” mövzusunda məruzə ilə çıxış edib.

ADPU-dan AzEdu.az-a bildirilib ki, E.Əliyev çıxışında ideal müəllim modeli barədə danışıb. Vurğulayıb ki, çağdaş dövrümüzdə müəllim menecer, müşahidəçi, diaqnostik, təşkilatçı və məsləhətçidir. Müəllim daim tədqiqatla, intellektual axtarışlarla məşğul olmalıdır. Bilik öyrətməyin ən yaxşı üsulu tədqiqatdır. E.Əliyev təqdimatında “Bilik nədir?”, “İdrak nədir?” suallarına ABŞ, Rusiya, Böyük Britaniya, Finlandiya, Yaponiya, Almaniya kimi inkişaf etmiş ölkələrin təhsil təcrübələrinə əsasən ətraflı cavab verib. O, həmçinin dünyanın qabaqcıl ölkələrinin pedaqoji təhsil sistemindən və müəllimlərin peşəkar inkişafından bəhs edib.

Diskussiya şəraitində keçən tədbirdə çıxış edənlər təqdimatı yüksək qiymətləndiriblər.

Pedaqoji forumun peşəkar mütəxəssislərin toplandığı bir məkana çevrildiyini deyən rektor Cəfər Cəfərov bildirib ki, belə elmi-metodiki toplantılar dialoq imkanlarının, yeni fikir və ideyaların ortaya çıxmasına kömək edir. Təhsil xalqın, millətin təhlükəsizliyi məsələsidir. Azərbaycanın gələcəyi, hərtərəfli inkişafı təhsildən asılıdır. Yüksək keyfiyyətli təhsil xalqımızın dünyanın sivil və mütərəqqi xalqları arasında olmasını şərtləndirən əsas amildir.