Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-18 15:59:00
“Azərbaycanda ixtisaslaşmış  təhsil kanalının açılmasına böyük ehtiyac var” – Qulu Məhərrəmli

 

 “Ölkəmizdə  təhsil kanalının yaradılmasına böyük ehtiyac var”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında media eksperti, professor Qulu Məhərrəmli deyib.

 

O, respublikanı əhatə edən ixtisaslaşmış təhsil kanalının vacibliyindən söz açıb:

 

“Bu gün ölkəmizdə bir çox  ixtisaslaşmış kanallar fəaliyyət göstərir. Onlara İdman Azərbaycan , Mədəniyyət Tv və uşaqlar üçün nəzərdə tutulan ARB Günəşi misal göstərmək olar. Bunlar televiziya sahəsində əldə olunan müsbət meyillərdi. Lakin vacib və zəruri olan məsələ tədris, marifçilik kanalının olmasıdır. Yaponiyada NHK televiziyasının birinci kanalı universal istiqamətə, ikincisi isə tədris və maarifçiliyə həsr olunub.

 

Qulu  Məhərrəmlinin sözlərinə görə,  ölkəmizdə təhsil kanalının olmasına böyük ehtiyac var. Bu televiziya necə yaradılmalıdı?  

 

 “Dünyada bununla bağlı konkret təcrübə var. Arzulayardım ki, dövlət bu işə xüsusi diqqət yetirsin. Milli Televiziya və Radio Şurası (MTRŞ) bu istiqamətdə təşəbbüs irəli sürsün. Belə bir kanalın yaradılmağı məqsədəuyğun və vacibdi. Hesab edirəm ki, bu  kanal İctimai Televiziyanın ikinci kanalı ola bilər. Çünki İctimai ümummilli televiziya funksiyasını yerinə yetirməyə çalışır. Əlavə resurs və maliyyə ayırmaqla həmin kanalın xüsusi ixtisaslaşmış qolunu yaratmaq mümkündür. Bununla cəmiyyətə ciddi töhfə vermiş olarıq. Bu televiziyamızın məzmunca inkişafına və dolğunlaşmasına yol açacaqdır”.

 

 Qulu Məhərrəmli təhsil kanalının necə fəaliyyət göstərməli olduğundan söz açıb:

 

“Mən bu kanalın 3 istiqamətini görürəm: 1) ümumi marifləndirmə sistemi; Bütün sahələr üzrə bilgilər, sənədli filmlər. Daha çox məlumatlandıran tarix və coğrafiyaya yer verilməsi 2) Ayrı-ayrı fənlərin tədrisi 3) Elmi publisistik proqramların hazırlanması. 

 

Keçmiş SSRİ-də xüsusi tədris proqramı var idi.  SSRİ tarixdə qalıb, amma müasir dünya təcrübəsində Almaniya, Yaponiya və Skandinaviya ölkələrinin təcrübəsindən yararlanmaq lazımdı. Tədris kanalının olması ümumən cəmiyyətin inkişafına tövhə verəcək”.

 

 Qeyd edək ki, pandemiya şəraiti ilə əlaqədar mart ayının 11-dən etibarən Mədəniyyət TV və ARB Günəşdə “Dərs vaxtı” verlişi yayımlanır.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları