Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-18 12:13:00
Trabzon Universitetinin dosenti tələbələrə onlayn mühazirə keçib

Türkiyənin Trabzon Universitetinin Fatih fakültəsinin dosenti, psixologiya elmləri doktoru Mehmet Palancının moderatorluğu ilə “İxtisas seçimi və karyera planlaması” mövzusunda onlayn mühazirə keçirilib.

 

AzEdu.az  xəbər verir ki, mühazirədə Azərbaycan Texniki Universitetinin (AzTU) məzun və tələbələri iştirak edib.

 

Mehmet Palancı ixtisas seçimində edilən yanlışlıqlar və səbəbləri, həmçinin karyera planlaşdırılması ilə bağlı fikirlərini bölüşüb və mövzu ilə  bağlı iştirakçıların suallarını cavablandırılıb. 

 

İki saat davam edən mühazirə Mehmet Palancının rəsmi facebook səhifəsi ilə canlı yayımlanıb.