Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-18 10:29:00
Tələbələr dövlət qulluğuna qəbulun mexanizmləri barədə məlumatlandırılıb

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Təcrübə və karyera şöbəsinin əməkdaşları tələbələr üçün “2020-ci il dövlət qulluğuna qəbulun aspektləri” adlı onlayn təlim keçirib.

 

Universitetdən AzEdu.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan AzMİU-nun Təcrübə və karyera şöbəsinin müdiri Xanlar Qəniyev gənclərin dövlət qulluğuna maraq göstərməsinə və onların bu xidmətə daxil olmalarının stimullaşdırılmasına, bu sektorda fəaliyyət göstərmələrinə motivasiya yaratmağın əhəmiyyətindən danışıb. Şöbənin əməkdaşları Afaq Sadiqova və Aydan Dadayeva da tələbələrə mövzu ilə bağlı tövsiyələrini veriblər.

 

Dövlət qulluğu məsələləri üzrə ekspert Turan Məmmədli çıxışında müvafiq istiqamətdə və kadr siyasəti məsələlərində qanunvericilik bazasında edilmiş zəruri dəyişikliklər, dövlət qulluğuna qəbul mexanizmləri, bu sahədə çalışmağın üstünlükləri və digər məsələləri iştirakçıların diqqətinə çatdırıb. O, həmçinin Dövlət İmtahan Mərkəzinin saytı vasitəsilə dövlət qulluğu sahəsində göstərilən elektron xidmətlər – test imtahanlarında iştirak etmək üçün qeydiyyat prosesi, qəbul imtahanı proqramları, sertifikatların verilmə qaydası, vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsahibə elanları, vəzifə təlimatı, müsahibələrə hazırlıq haqqında geniş məlumat verib.

 

Öncədən qeydiyyatdan keçən tələbələrimiz təlimdə olduqca aktiv iştirak ediblər. Onlayn təlim zamanı iştirakçıların çoxsaylı sualları T.Məmmədli tərəfindən ətraflı cavablandırılıb.

 

Sonda tələbələr arasında keçirilən sorğunun nəticəsi olaraq maarifləndirici təlimlərin davam etdirilməsinə yekdil qərar verilib.