Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-30 12:33:12
"Ailə həkimi" ixtisası üzrə rezidenturaya qəbul aparılacaq

Bu ildən Azərbaycan Tibb Universitetində (ATU) "Ailə həkimi" ixtisası üzrə rezidenturaya qəbul keçiriləcək". 

 
APA-nın xəbərinə görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) təşəbbüsü və Səhiyyə Nazirliyinin dəstəyi ilə "Ailə həkimi İnstitutunun inkişafının yeni mərhələsində icbari tibbi sığortanın rolu" mövzusunda keçirilən tədbirdə ATU-nun ailə təbabəti kafedrasının müdiri Mustafa Salihov deyib.

 O bildirib ki, ATU-da "Ailə həkimi" ixtisası üzrə rezidentlərin təhsil alması təmin ediləcək: "Rezidenturanı bitirənlər "Ailə həkimi" ixtisasına yiyələnəcəklər".
 
M. Salihovun sözlərinə görə, səhiyyədə ailə həkimi institutunun rolunun gücləndirilməsinə ehtiyac var. 

 

Səhiyyə Nazirliyinin Kadrlar, elm və təhsil şöbəsinin aparıcı məsləhətçisi Təranə Əhmədova bildirib ki, ailə həkimləri dövlət, özəl və bələdiyyə xəstəxanalarında fəaliyyət göstərə biləcəklər.

 
İTSDA-nın Səhiyyə departamentinin səhiyyə siyasəti və kliniki kodlaşdırma şöbəsinin müdiri Şərafət İsmayılova qeyd edib ki, Azərbaycanda ailə həkimlərinin minimum 2000, maksimum 2500 nəfərə təhkim olunması nəzərdə tutulub.
 
Tədbir çıxışlarla başa çatıb.