Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-16 16:53:00
UNEC-də onlayn “Karyera günləri” davam edir

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 90 illik yubiley tədbirləri çərçivəsində onlayn “Karyera günləri” davam edir.

 

UNEC-dən AzEdu.az-a veriln məlumata görə, mayın 16-da saat “Ernst & Young” şirkətinin audit xidmətləri üzrə meneceri Nizami Yusifli və “Bank of Baku” ASC-nin Seçim və yerləşdirmə bölməsinin rəhbəri Rüfət Hacıyev canlı yayımın qonağıdır.

 

İzləyicilər suallarını UNEC-in rəsmi “Facebook” və “YouTube” səhifələrindən birbaşa ünvanlaya bilərlər.

 

Canlı yayımın moderatorları UNEC Karyera Mərkəzinin direktoru Ramil Cabbarov və Türk dünyası iqtisad fakültəsinin tələbəsi Bayram İsmayılovdur.