Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-16 15:30:00
ADU-da onlayn tədbir:”Həkimlərə və tibb bacılarına təşəkkür edirik”

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Çində hər il qeyd olunan Beynəlxalq Tibb Bacısı Gününə həsr olunmuş “Həkimlərə və tibb bacılarına təşəkkür edirik!” adlı onlayn tədbir keçirilib.

 

ADU-dan AzEdu.az-a bildirilib ki, tədbirdə çıxış edən Konfutsi İnstitutunun Çin tərəfdən direktoru Li Jihua bayramın tarixindən danışaraq, koronavirus pandemiyası ilə mübarizənin ön xəttində olan Çin tibb bacılarının qəhrəmanlığını vurğulayıb. Qeyd edib ki, Çində əhalinin birliyi və epidemiya əleyhinə məqsədyönlü profilaktik tədbirlər görülməsi sayəsində infeksiyanın qarşısı alınıb.

 

Konfutsi İnstitutunun Azərbaycan tərəfdən direktoru Rafiq Abbasov COVID-19 ilə mübarizədə Azərbaycan-Çin əməkdaşlığından söz açıb. O, həyatını, sağlamlığını, yaxınlarının sağlamlığını təhlükəyə ataraq, xəstələrə gecə-gündüz qulluq edən Azərbaycan tibb işçilərinin fədakarlığından bəhs edib. R.Abbasov Heydər Əliyev Fondunun koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması üzrə tədbirlər çərçivəsində həyata keçirdiyi sosial layihənin əhəmiyyətini vurğulayıb, habelə Nazirlər Kabinetinin nəzdində yaradılmış Operativ Qərargahın işindən danışıb.