Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-16 11:45:00
Memarlıq və İnşaat Universitetinin tələbə qəbulu planı təsdiqlənib

Azərbaycan Memarlıq və İnşaat Universitetinin 2020/2021-ci tədris ili üçün bakalavr səviyyəsi üzrə tələbə qəbulu planı təsdiqlənib. Yeni qəbul planına əsasən, bu il universitetin bakalavr pilləsinə 31 ixtisas üzrə ümumilikdə 1950 plan yeri ayrılıb.

 

 

Universitetdən AzEdu.az-a bildirilib ki, onlardan 1575 yer Azərbaycan bölməsi, 220 yer rus bölməsi, 155 yer isə ingilis bölməsi üçün nəzərdə tutulur. Azərbaycan bölməsində bəzi ixtisaslar üzrə 60 yer qiyabi təhsil almaq istəyənlər üçün ayrılıb.

 

 

Növbəti tədris ili üçün daha bir yenilik də var. Belə ki, bakalavr pilləsi üzrə qəbul planında yeni ixtisaslar – logistika və sənaye mühəndisliyi ixtisasları yer alıb.

 

 

Ötən il olduğu kimi, yeni tədris ilində də inşaat mühəndisliyi ixtisaslarında bakalavr hazırlığı İstanbul Texniki Universiteti ilə birgə ikili diplom proqramı, kommunikasiya sistemləri mühəndisliyi ixtisaslarında isə bakalavr hazırlığı Fransanın İncəsənət və Sənətşünaslıq Milli Konservatoriyası ilə ikili diplom proqramı üzrə dövlət sifarişi əsasında həyata keçiriləcək.

 

 

Bakalavr pilləsində ingilisdilli ixtisaslarda müsabiqə Azərbaycan və rus bölmələri üzrə birgə aparılır.