Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-30 10:44:00
İtkin düşən müəllimənin meyiti yol qırağında sellofan torbada tapılıb

Şirvan şəhərində itkin düşən qadın müəllimin meyiti tapılıb.

AzEdu.az “report”a istinadən xəbər verir ki, meyit Şamaxı rayonunun Göylər kəndi ərazisində aşkar edilib. Belə ki, qadın öldürüldükdən sonra onun meyiti sellofan torbaya qoyulub. 

Həmin torba Çöl Göylər - Dağ Göylər avtomobil yolunda dərəyə atılıb. İlkin məlumata görə, meyitin mayın 24-də itkin düşən qadın müəllim, Şirvan şəhər sakini, 1956-cı il təvəllüdlü Sarayxanım Abdullayeva mıəxsusdur.