Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-15 13:29:00
Tam (11 illik) orta təhsil bazasında kolleclərə mayın 12-dən başlanan sənəd qəbulu davam edir.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, sənəd qəbulu onlayn şəkildə iyunun 5-dək aparılacaq. Bu gün saat 13:30-a olan məlumata görə, tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq üçün 16 min 969 abituriyent elektron ərizəsini təsdiqlədib.

 

Xatırladaq ki, ümumi (9-cu sinif) orta təhsil bazasında kolleclərə qəbul isə yalnız buraxılış imtahanlarının II mərhələsinin nəticəsi əsasında aparılacaq. Bu il 19 mindən artıq abituriyent kolleclərə qəbul olmaq üçün ərizəsini təsdiq edib, onlardan martın 1-də keçirilmiş buraxılış imtahanında (I mərhələ) iştirak edən 4000 abituriyent müsabiqəyə qatılmaq üçün mütləq buraxılış imtahanının II mərhələsində iştirak etməlidir.