Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-15 12:19:00
Koronavirus dünyanı nüvə müharibəsindən xilas edib?

Bütün dünyanı təlatümə gətirən koonavirusla mübarizə davam edir. On minlərlə insanın həyatı bahasına başa gələn pandemiya, bu gün də bəşəriyyətin həyatını təhdid etməkdə davam edir. Lakin koronavrusun özü ilə gətirdiyi bütün təhlükələrə rəğmən, bu problemə tamam başqa aspektdən yanaşan, ona daha böyük problemlərdən xilas yolu kimi baxan siyasilər də yox deyil.

 

 Moskva Dövlət Universitetinin Fundamental və Tətbiqi Tədqiqatlar İnstitutunun Rusşünaslıq Mərkəzinin direktoru, Sistemli və Strateji Təhlil İnstitutunun rəhbəri Andrey Fursov, koronavrusun mahiyyət etibari ilə daha böyük və dağıdıcı savaşları əngəllədiyini vurğulayıb.

 

A.Fursovun sözlərinə görə, koronavirus mahiyyət etibarı ilə dünya mühribələrinin yerinə yetirdiyi funksiyaları yerinə yetirdi. Pandemiya dönəmində yalnız müharibə dönəmlərinə xas tədbirlərin alındığına diqqət çəkən ekspert, itkilərin müharibə ilə müqayisədə az olduğunu vurğulasa da, yaşananların dünyadakı mövcud gərginliyi azlatdığını vurğuladı.

 

Dünyada son illər insanların sayını azlatmaq üçün müharibələrə ehtiyacın olması ilə bağlı söz-söhbətlərin artdığına diqqət çəkən ekspert, nüvə silahları ilə dolu dünyada kimsənin buna cəsarət etmədiyini bildirib. Hansı ki, koronavirus bu missiyanı uğurla həyata keçirdi, bəşəriyyətə müharibənin vura biləcyi qədər zərbə vurdu. Lakin koornavirusun gətiridyi itkilər ekologiya və təbiətin çirklənməsi ilə deyil, əksinə yaxşılaşdırılması ilə paralel şəkildə həyata keçirildi.

 

A.Fursovun qənaətincə, koronavirus dünyanı bəlkə də nüvə müharibəsindən xilas etdi, ona yenidən toparlanmaq, içində olduğu vəziyyəti yenidən q iymətləndirmək imkanı qazandırdı.

 

Xatırladaq ki, koronavirus səbəbi ilə əksər müəssisələrin, xüsusilə də çirkli istehsalat sahələrinin öz fəaliyyətini dayandırması bütün dünyada ekologiyanın ciddi şəkildə yaxşılaşmasına səbəb olub.

Moderator.az