Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-15 10:54:00
UNEC-də “Karyera günləri” davam edir

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 90 illik yubiley tədbirləri çərçivəsində onlayn “Karyera günləri” davam edir.

UNEC-dən AzEdu.az-a bildirilib ki, mayın 15-də “Kapital Bank” ASC-nin İşə qəbul şöbəsinin müdiri Nərgiz Əzimova, məşhur təlimçi və kouç Toğrul Ələkbər canlı yayımın qonağı olacaq.

İzləyicilər suallarını UNEC-in rəsmi “Facebook” və “YouTube” səhifələrindən birbaşa ünvanlaya bilərlər.

Canlı yayımın moderatorları UNEC Karyera Mərkəzinin direktoru Ramil Cabbarov və Türk dünyası iqtisad fakültəsinin tələbəsi Bayram İsmayılovdur.