Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-14 15:11:00
Fədəkarlıq nümunəsi-İşıqlı sabahlara doğru

 

Fədəkarlıq insanı ucaldır. Bu ucalıq isə hər tərəfdən aydın görünür. Fədəkar insanlar bütün varlığı ilə işlərini ən yüksək səviyyədə görməyə çalışırlar. Belə fədəkar və qayğıkeş insanlara hər zaman ehtiyac var.

 

Bildiyimiz kimi bütün dünyada davam edən pandemiya dövründə sosial sferaların bütün sahələrində təcrid prosesi gedir. Bu sosial sferlardan ən həssas və diqqət çəkilməli olanlardan biri də uşaq bağçalarıdı. Azyaşlıların təlim-tərbiyəsi ilə məşğul olan müəllimlərimiz bu karantin günlərində də körpələri darıxmağa qoymurlar. Uşaqlara onlayn dərslər keçirir, tapşırıqlar verir, bir sözlə işlərini mövcüd duruma uyğun şəkildə aparırlar.

 

Buzovna qəsəbəsi 340 saylı Körpələr evi uşaq bağçasında da azyaşlıların təlim-tərbiyə işi ən yüksək səviyyədə aparılır. Həmin bağçanın direktoru Gülnar Qəmbərova  həm müəllimlərin, həm də uşaqlarla yaxından maraqlanır, onlarla birlikdə bu məsul işdə böyük sevgi ilə yanaşır.

 

Bağçanın Böyük A qrupunun müəlliməsi Sevil Mehdiyeva uşaqların onlayn dərslərdə aktiv iştirak etdiyini, müəllimlərin həvəslə bu dərsləri apardığını söyləyib. Keçirilən dərslərin uşaqlar üçün böyük əhəmiyyət kəsb etdiyini bildirən müəllimə həm də bu prosesin uşaqların virtual da olsa ünsiyyət bacarıqlarının ortaya çıxması üçün əlverişli olduğunu qeyd edib.

 

 Bir neçə mövzuda keçirilən dərslər uşaqların ətraf mühitə olan münasibətdə diqqətli olmağa və təbiəti sevməyə səsləyir. Gigiyenik qaydalara əməl etməyin vacibliyi də xüsusi olaraq vurğulanır.

 

340 saylı Uşaq Bağçasının metodisti Balaxanım Ələkbərova da dərslərin keçirilməsində və pedaqoji istiqamətdə lazımi işlərin görülməsində müəllimlərə yaxından köməklik göstərir. Bağçanın müəlliməsi Gülnar Həsənova isə bu cür dəsrlərin yaxşı bir təcrübə olduğunu, həm də uşaqların informasiya-texnologiya sahələri ilə daha yaxından tanış olduqlarını bildirib. Müəllimə sonda qeyd edib ki, bu sınaqdan da uğurla çıxıb, tezliklə yenidən sağlam və təhlükəsiz bir həyata başlayacağıq.

Tural Cəfərli