Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-14 11:02:00
Valideynlər televizoru açıq saxlamasınlar, müəllimlər “qorunma saatı” yaratsınlar-Professordan VACİB xəbərdarlıq

Milyonlarla şagird koronavirus pandemiyası səbəbiylə məktəblərinin bağlı olması və gündəlik yaşam tərzinin dəyişməsi ilə mübarizə aparır.  Bir çox ölkədə dərslərin nə zaman başlanılması hələ müəmmalıdır. Bu səbəbdən müəllimlər distant təhsil sistemi ilə proqrama uyğun mövzular keçməklə şagirdlərə dəstək olurlar. Bəs yaşadığımız bu günlərdə  şagidlərə sosial və duyğusal vərdişlər aşılamağa  ehtiyac varmı?

 

Müəllimlərin edə biləcəyi sadə şeylər:

 

Müəllimlər şagirdlərinə özləri haqqında düşünməyi buraxmağı, bunun yerinə bu suala cavab verməyi söyləyə bilərlər: “Dostlarımdan biri mənə koronavirusdan çox qorxduğunu desə, onun üçün nə edə bilərəm? Ona nə deyərdim?

 

Məhz bu suallardan sonra şagird başqa birinə dəstək haqda düşünməyə başlayacaqlar. Məsələn, hər zaman koronavirus haqda düşünməkdənsə, “nə etməlidirlər?” haqda fikirləşəcəklər.

 

Müəllimlər şagirdləri ilə birgə “qorunma saatı” adlı  vaxt təyin edə bilərlər. Bu zaman çərçivəsində onlarla müzakirə edib, psixoloq işini yerinə yetirəcəklər.

 

Müəllimlərə tövsiyə olunur ki, yuxarı sinif şagirdlərinə liderləri araşdırmağı və ölkələrini bu cür  çətin şəraitdə necə ayaqda saxladıqlarını izləməyi tapşırsınlar. Bu, şagirdlərin xarakterini möhkəmləndirəcək.

 

Uşaqlara virusun yayılma riskini azalda biləcəklərini söyləyin!

 

Uşaqlara virusun keçməsi daha az faizlə ola bilər, lakin digər insanları riskə atmamaq üçün tez-tez əllərini yumalı olduqlarını xatırladın.

 

Amerialı  professor Karen VanAusdal tövsiyə edir ki, müəlimlər sinifdə şagirdlərlə dərsə aid olmayan, əyləncə xarakterli tədbirlərini distant təhsil zamanı da evlərindən həyata keçirsinlər. O, dəstək xarakterli videolar çəkərək şagirdlərlə paylaşan bir çox müəllim və direktor gördüyünü bildirir.

 

Evdə olduqları müddətdə şagirdlərin günlük yazmasında da fayda var. Şagirdlərinizə dünyada nələr olduğunu başa sala bilərsiniz, ancaq onları bu informasiyalarla çox yükləyib yormayın. Həmçinin valideynlər də diqqətli olsunlar və bütün günü televizoru açıq saxlamasınlar.

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları