Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-14 11:14:00
Kurikulum üzrə  situasiya tipli suallar- Müəllimlərin nəzərinə

AzEdu.az MİQ müsabiqəsinə hazırlaşanlara kömək məqsədi ilə kurikulum üzrə qəbul tipli  sual nümunələrini  təqdim edir.

 

Sualları kurikulum təlimçisi Mahir Əhədov  tərtib edib.

 

Müəllim Ayselin bugünki coğrafiya dərsində çox fəal olduğunu görərək ona digər şagirdlərdən fərqli olaraq keçirilən mövzuya uyğun, amma daha çətin ev tapşırıqları verir. Bu müasir təlimin hansı prinsipinin gözlənilməsidir?

  1. Şəxsiyyətə yönəlmiş
  2. Fəal idrak
  3. Əməkdaşlıq
  4. İnkişafetdirici
  5. Dialoji

Samir müəllim tarix dərsində Xocalı soyqırımı haqqında şagirdlərə olmuş bir hadisəni danışır. Müəllim həmin dövrün hadisələrini xüsusi hiss və həyəcanla ifadə edir, bu isə şagirdlərin gözlərini yaşardır. Müəllimin pedaqoji bacarığını müəyyən edin.

  1. Akademik
  2. Təşkilatçılıq
  3. Perseptiv
  4. Tədqiqatçılıq
  5. Ekspressiv

İnformatikadan bugünki mövzu “Kompüterin texniki hissələri ilə tanışlıq”dır.  Müəllim dərsi informatika kabinetində keçməkdənsə, elə sinifdəcə həmin hissələrin şəkillərini göstərərək tapşırıqlarını verir. Pozulan prinsip hansıdır?

  1. Şagirdyönümlülük
  2. İnkişafyönümlülük
  3. Fəaliyyətin stimullaşdırılması
  4. Təlimdə bərabər imkanların yaradılması
  5. Dəstəkləyici mühitin yaradılması

Ceyhun müəllim MİQ müsabiqəsində 58 bal toplayaraq yeni pedaqoji fəaliyyətə başlayıb. Amma Ceyhun müəllimin dərsi şagirdlərə çətin gəlir müəllimin hansı bacarığının zəifliyindən irəli gəlir?

  1. Didaktik
  2. Təşkilatçılıq
  3. Akademik
  4. Kommunikativlik
  5. Perseptiv

Zəhra anadangəlmə lal və kardır.  O müəlliminin müxtəlif əl-qol və jestik-mimik hərəkətlərindən nə demək istədiyini anlayır. Bu zaman Zəhra hansı biliyə yiyələnmiş olur?

  1. Kontekstual
  2. Deklarativ
  3. Prosedural
  4. Metokoqnitiv
  5. Hər biri

Fikrət layihəsini lövhədə təqdim edib bitirdikdən sonra müəllim Günay adlı şagirddən Fikrətin etdiyi təqdimatla bağlı fikirlərini söyləməsini istəyir. Bu zaman Günay hansı bacarığından istifadə etmiş olacaq?

  1. Məntiqi təfəkkür
  2. Yaradıcı təfəkkür
  3. Yaddaş
  4. Tənqidi təfəkkür
  5. Yaddaş və yaradıcı təfəkkür

Kimya dərsinin təlim məqsədləri labarotor şəraitində müxtəlif reaksiyaları aparmaq bacarığına yiyələnməkdir. Amma müəllim buna  bacarıqları şifahi formada formalaşdırmağa çalışır. Pozulmuş prinsip hansıdır?

  1. Şəxsiyyətyönümlülük
  2. Inteqrativlik
  3. Tələbəyönümlülük
  4. Nəticəyönümlülük
  5. Qiymətləndirmə standartları

Müəllim dərsin ortasında görür ki, qruplardakı şagirdlərin biliyi səviyyə baxımdan balanslı deyil. Bunu müəllim qrupların tapşırıqları yerinə yetirməsi zamanı hiss edir. Bu müəllimin hansı qabiliyyətinin zəifliyindən irəli gəlir?

  1. Akademik
  2. Tədqiqatçılıq
  3. Kommunikativlik
  4. Konstruktiv
  5. Perseptiv

Müəllim “Cəmiyyət” bölməsi üzrə yekun qiymətləndirmə vasitələrini hazırlayarkən şagirdlərin bu bölmənin mövzularında zəif nəticə göstərdiklərinə görə sualların 50 faizini asan, 50 faiz isə orta səviyyədə tərtib edir. Pozulmuş prinsip?

  1. Qiymətləndirmə standartları
  2. Şəxsiyyətyönümlülük
  3. Şagirdyönümlülük
  4. Tələbyönümlülük
  5. İnteqrativlik