Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-14 09:24:00
Koronavirus peyvəndi ilə bağlı KRİTİK AÇIQLAMA: 40 ölkə...

SARS-CoV-2 virusuna qarşı hazırlıq mərhələsində olan peyvəndlərdən 7-8 ədədi ən yaxşı namizəddir. Bununla belə, 100-dən çox namizəd var.

 

AzEdu.az xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının Baş katibi Tedros Adanom Qebreyesus deyib.

 

Birləşmiş Millətlər Təşkilatı İqtisadi və Sosial Şurasının video-konfransında danışan baş katib peyvəndlərin hazırlıq işlərinin sürətləndiyini qeyd edib. O, 1 həftə əvvəl 40 ölkənin liderinin, beynəlxalq təşkilatların və banlların araşdırma, müalicə və test üçün 8 milyard dollar yardım sözü verdiyini vurğulayıb. Lakin bu məbləğin kifayət etməyəcəyini, peyvənd hazırlanmasını sürətləndirmək üçün əlavə vəsaitə ehtiyac olduğunu dilə gətirib.

 

Qebreyesus vurğulayıb ki, peyvənd hazırlığından dünya miqyasında 400-dən çox elm adamı iştirak edir.