Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-13 17:14:00
Mikrofonun açıq olduğunu unudan dekan özünü rüsvay etdi - VİDEO

Türkiyədə Qazi Universitetinin dekanının hərəkəti sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

 

AzEdu.az-ın məlumatına görə, Sondakika.com xəbər verir ki, Orxan Acar videokonfrans zamanı mikrofonunun açıq olduğunu unudub.

 

O, tələbələrinin adlarını oxuduğu zaman yanındakı şəxsə “qızların şəkillərini də görürük” deyib.

 

Həmin şəxs dekana mikrofonun açıq olduğunu və tələbələrinin hər şeyi eşitdiyini bildirib.

 

Bu zaman dekan “yandıq ki...” deyə reaksiya verib.

 

Son məlumata görə, həmin dekan vəzifəsindən istefa verib.