Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-13 15:38:00
Çində şagird və tələbələrin 40 faizi məktəblərdə dərslərə başlayıb

Çində yeni növ koronavirusun (COVID-19) yayılmasının azalması fonunda uşaq təhsil ocaqlarında dərslərin bərpası sürətlənib.

 

 AzEdu.az  xəbər verir ki, təhsil müəssisələrində dərsləri bərpa olunan şagird və tələbələrin ümumi sayı 100 milyona çatıb. Bu, uşaq bağçaları, orta məktəblər, peşə məktəbləri və universitetlər üzrə ümumi şagird və tələbələrin 40 faizi deməkdir. Ölkənin vilayət səviyyəsindəki bölgələrinin çoxunda universitetlərdə, peşə məktəblərində, orta məktəblərdə və məktəbəqədər təhsil müəssisələrində dərslər bərpa olunub.

 

Xatırladaq ki, dekabrın son günlərində Hubey vilayətinin Uxan şəhərində aşkarlanan yeni növ koronavirus yanvar və fevral ayında ölkədə sürətlə yayılıb. Mart ayından başlayaraq Çində epidemioloji vəziyyətin yaxşılaşması ilə mərhələli şəkildə təhsil ocaqlarında dərslərin bərpasına başlanılıb. İlk növbədə ümumi orta (VII-IX siniflər) və tam orta (X-XII siniflər) məktəblərin son (buraxılış) siniflərində dərslər bərpa olunub. Şagird və müəllimlərin epidemioloji qaydalara uyğun olaraq qoruyucu maska taxmaları, şagirdlərin əllərini xüsusi maddələrlə tez-tez dezinfeksiya etmələri məcburidir. Bundan başqa, gün ərzində bir neçə dəfə şagirdlərin bədən hərarəti ölçülür. Təhsil Nazirliyi bütün məktəb rəhbərlərinə sinif otaqlarının tez-tez dezinfeksiya olunmasını, müvəqqəti karantin otaqları ayrılmasını tapşırıb.(AZƏRTAC)