Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-13 14:40:00
Ucqar bölgələrdə çalışan müəllimlər bu qaydalara əməl etməlidir-İZAH

Azkomplektli siniflərə ucqar və əhalinin seyrək məskunlaşdığı ərazilərdə rast gəlinir. Bu ərazilərdə müəllim və şagirdlər çox olmur, buna görə də bir sinif müxtəlif yaş və sinif səviyyəsində olan şagirdləri əhatə edir. Bu şagirdlər vahid bir sinifdə təhsil alır və müxtəlif sinif səviyyələrində olsalar da, dərs bir müəllim tərəfindən keçilir. Məsələn, bir sinifdə həm 1 və 2-ci, həm də 3 və 4-cü sinif şagirdləri ola bilər.

 

Azkomplektli siniflərin yaranmasına coğrafi faktorla yanaşı, əhalinin düşüncə səviyyəsi də təsir edir. Belə ki, bəzi ölkələrdə uşaq əməyindən gündəlik ev işlərində və kənd təsərrüfatında istifadə olunduğuna görə onların təhsil hüququ məhdudlaşdırılır.

 

Azkomplektli ibtidai siniflərdə dərslər iki müəllim tərəfindən aparılmalıdırsa və ikinci müəllim xəstəliyə və digər səbəblərə görə yoxdursa, sinif rəhbərliyi və dəftərlərin yoxlanılmasına görə əlavə haqq şagirdlərin ümumi sayından asılı olaraq bir sinif (sinif komplekt) üçün verilir.

 

“Eyni coğrafi bölgədə yerləşən oxşar qrup məktəblər müntəzəm və tez-tez görüşlər təşkil etmək üçün ortaq bir qrup yarada bilər”

 

Azkomplektli sinfin aşağıdakı üstünlüklərini qeyd etmək olar:1.Tədris fəaliyyətlərinin əlaqəli olması;2.Valideynləri övladlarının təhsili ilə daha yaxından məşğul olmağa sövq etməsi;3. Məktəb işlərində cəmiyyətin fəal iştirakı; 4.Böyük və kiçik uşaqlar arasında qarşılıqlı əlaqə və dəstəyə təşviqetmə.

 

Komplektləşdirilmiş məktəblər bir qayda olaraq coğrafi baxımdan ucqar yerlərdə olduğuna görə azkomplektli sinif müəllimi özünü təcrid olunmuş hiss edə bilər. Lakin mövcud şərtlər bu təcridi aradan qaldırmağın innovativ yollarını tapmağı zəruri edir. Eyni coğrafi bölgədə yerləşən oxşar qrup məktəblər müntəzəm və tez-tez görüşlər təşkil etmək üçün ortaq bir qrup yarada bilər. İctimai əsaslı qurumlar və digər bu kimi təşkilatlarla əlaqə və əməkdaşlıqlar da məktəbdə tədrisin yaxşılaşdırılmasında rol oynaya bilər.

 

Həmyaşıd "müəllim" şagirdlərin eyni və ya fərqli sinif səviyyələrində olan digər şagirdlərə müəllim və ya rəhbər kimi yanaşmasıdır. Yaşca böyük və ya daha çox bacarıqlara sahib uşaqlar tez-tez digər şagirdlərə dərs müddətində kömək edə bilər. Həmyaşıdlarından öyrənmə çox vaxt səmərəli olur, çünki şagirdlərin qarşılıqlı əlaqə zamanı "öz dilləri" formalaşır. "Müəllimlik" şagirdlərdə özünəinamı inkişaf etdirir. Sinfin idarə edilməsində də bu üsul müəllimə kömək edə bilər. Belə ki, seçilmiş "müəllim" qruplarla fərdi məşğul olduğu zaman müəllim başqa siniflə işləyə bilər.

 

Azkomplektli siniflərdə dərs cədvəli və planlaşdırma ilə bağlı müəllimlər bir sıra problemlərlə üzləşirlər, çünki bir neçə sinif səviyyələrini bir sinifdə birləşdirmək bəzi çətinliklər yaradır. Bu baxımdan öyrənənlər üçün tədris imkanlarının ən yaxşı şəkildə təmin edilməsi məqsədilə dərs prosesində həm müəllim, həm hə şagirdlər tərəfindən təhsil imkanları bölüşdürülməlidir. Dərs cədvəli hər bir dərs gününün necə sərf edilməsini göstərir. Dərs prosesinin rahat və axıcı getməsində onun rolu böyükdür. Dərs cədvəlini tərtib edərkən nəzərə alınmalı bəzi məsələlər vardır: ü fənlərin tədris qanunauyğunluğu (məsələn, ilk dərsə fiziki tərbiyənin uyğun olmaması); ü hər mövzuya ayırdığınız vaxt; ü inteqrasiya etdiyiniz mövzular; ü əyani vəsait və resurslar; ü hər vəziyyətə uyğunlaşdırıla bilən planlaşdırma. Bu qeyd edilənlərdən başqa faktorlar da ola bilər. Ancaq yuxarıda qeyd edilən başlıca faktorlar dərs günü üçün uyğun cədvəli qurmaqda əsasdır.

 

Nəzərə alsaq ki, azkomplektli məktəblər müəyyən bir ərazidə yeganə təhsil müəssisəsidir, deməli, həmin ərazidə yaşayan bütün uşaqlar orada təhsil almalıdır.

 

 Bu baxımdan bütün azkomplektli məktəblər formal olaraq inklüzivdir. Lakin onların reallıqda inklüziv mədəniyyət nümayiş etdirməsi üçün bir çox tədbirlər görülməlidir: - Xüsusi təhsil ehtiyacı olan uşaqlara münasibət dəyişdirilməli, onların təhsil hüququ tanınmalıdır; - Müəllimlərin belə şagirdlərlə iş səriştəsi artırılmalı, diferensial təlimin imkanlarından geniş istifadə edilməlidir; - İmkan daxilində məktəbin maddi mühiti xüsusi qayğıya ehtiyacı olan uşaqların tələbatına uyğunlaşdırılmalıdır; - Yerli icmada güclü maarifləndirmə kampaniyası aparılmalıdır və s

 

İlk dərs günündən sinif qaydalarını yaradın və qaydaları pozacaqları halda bunun nə ilə nəticələnəcəyindən şagirdləri xəbərdar edin. Əgər siz bircə dəfə belə olsa, qəbuledilməz davranışı cavabsız qoysanız, gələcək qayda pozuntularına yaşıl işıq yandırmış olacaqsınız. Məqsədəuyğun sinif qaydaları tərtib edin və qaydaların pozulması hallarında ədalətli ‘cəzalar’ tətbiq edin. Qaydalara əməl olunması üçün şagirdlərə qaydaların səbəblərini də izah etmək lazımdır. “Dəhlizdə qacmayın!” deməyin yerinə, “Biz dəhlizdə qaçmırıq, yeriyirik, çünki dəhlizdə qaçsanız, başqaları ilə toqquşa bilərsinız” demək şagirdlərə qaydalarınızın məntiqli və əsaslı olduğunu göstərir. Qayda pozuntularına cavab olaraq verilmiş “cəza”lar isə şagirdin törətdiyi əmələ uyğun seçilməlidir. Məsələn, əgər şagird rəsm dərsində rəngləri partalara yaxıbsa, buna uyğun məntiqi cəza bu partaları şagirdə təmizlətdirmək olacaq. Bunun əvəzinə tənəffüsə çıxmamaq cəzası və ya törədilən əmələ aidiyyatı olmayan digər bir cəza verməyiniz şagirdlərin gözündə sizi ədalətsiz və pis niyyətli müəllimə çevirir.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları