Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-13 13:11:00
Məktəbli parlament binasının qarşısında etiraz etdi-Məktəbəqayıdışın nümunəsi

Bir çox xarici ölkələrdə koronavirusun təsiri azaldıqca məktəblər qaydalı şəkildə açılamağa başlayıb. Lakin facebookda 40 min valideynin də üzv olduğu  “Mənim övladım təcrübə dovşanı deyil” adlı qrup da yaradıldı. Bu valideynlər övladlarını məktəbə göndərmək istəmirlər. Lakin aparılan araşdırmalar nəticəsində bəlli oldu ki, məktəblərin açılmasından sonra koronavirusun yayılmasında artım sezilməyib.  Məktəbəqayıdışın bir neçə nümunəsini araşdırdıq. Dünyadan örnəklər:

 

Çin: Burada məktəblər keçən aydan etibarən fəaliyyətə başlayıb.

 

Honkonq:İmtahanlar idman mərkəzlərində şagirdlər bir-birindən uzaq əyləşdirilərək və maska taxılaraq keçirildi.

 

Tayland: Dərs zamanı şagirdlər maska taxaraq sosial məsafəni gözləyərək əyləşirlər.

 

İsrail: Məktəblilər maska və əlcəklə sinifləri dezinfeksiya olunduqdan sonra oraya daxil olurlar.

 

Fələstin: Müəllimlər və şagirdlər maska və əlcək taxırlar.

 

Almanya: Müəllimlər şagirdlər davamlı olaraq gigiyena mövzusunda maarifləndirirlər. Düseldorfda bir lisey şagirdi məktəblərin açılmasına parlament binası qarşısında oturaraq etiraz etdi.

 

Norveç: Şagirdlər məktəbə sıra ilə növbəli şəkildə və sosial məsafəyə riayət etməklə daxil olurlar.

 

İslandiya:Siniflərdə şagird sayı azaldıldı. Maska istifadə etməyən şagird və müəllimlər partalarını bir-birindən ayıraraq sosial məsafəyə diqqət edirlər.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları