Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-11 18:00:00
Dünya şokda: 14 yaşlı astroloq pandemiyanın başlama və bitmə zamanını açıqladı - 1 il əvvəlki VİDEO

Dünya 14 yaşlı hindistanlı yeniyetmədən danışır.

 

AzEdu.az xəbər verir ki, o, pandemiyanın baş verəcəyini hələ 2019-cu ildə deyib və hətta dünyanı bürüyən dəhşətin bitəcəyi zamanı da açıqlayıb. Söhbət hindistanlı Abiqya Ananddan gedir.

 

Onun çəkildiyi görüntülər pandemiyanın mövcud olmadığı bir zamanda- 22 avqust 2019-cu ildə "YouTube" kanalına yerləşdirilib.

 

 

Maraqlıdır ki, uşaq hələ az qala bir il əvvəl dünyanın 2020-ci il 29 mayında qaydasına düşəcəyini deyib. İnternetə yüklədiyi gün 4 milyon baxış toplayan görüntülərdə gələcəklə bağlı danışan uşaq dünyanı gözləyən təhlükəni anons edib.

 

Bildirib ki, bu təhlükə 2019-cu ilin noyabrından başlayaraq (Çində virusun yayılması məhz noyabrın sonu-dekabrın əvəllərinə təsadüf edir-müəll.) və 2020-ci ilin mayın sonuna kimi davam edəcək. O, göy cisimlərinin hərəkəti, yəni astrologiyaya əsaslanaraq belə nəticəyə gəlib. 31 martda böhranın Çində kuliminasiya həddinə çatacağını deyən 14 yaşlı astroloq daha sonra Vyetnam, ABŞ, BƏƏ, İsrail, Səudiyyə Ərəbstanında gözlənilən vəziyyətdən danışıb. Bildirir ki, insanların həyatı dəyişəcək, iqtisadiyyata böyük ziyan dəyəcək. 29 mayda isə dünya öz qaydasına düşəcək. (cebhe.info)