Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-11 13:15:00
Bu ölkədə bütün xəstələr koronavirusdan sağaldı

Dünyanın daha bir ərazisində koronavirus (COVID-19) xəstəsi qalmayıb.

 

AzEdu.az xəbər verir ki, Farer Adalarında infeksiyaya yoluxan 187 nəfərin hamısı sağalıb. Bundan başqa, ada ölkəsində 8 450 şəxsdən test götürülüb və nəticələr neqativ çıxıb.

 

Beləliklə, Ümumdünya Səhiyyə Təşkilatı Farer Adalarını koronaviruslu ölkələr siyahısında sıfır göstərici ilə işarələyib.

 

Xatırladaq ki, bundan öncə Qrelandiya, Sent-Bartelemi, Folklend Adaları, Anguilla, Surinam, Papua-Yeni Qvineya, Beliz və Yeni Kaledoniyada koronaviruslu xəstə qalmayıb.