Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-11 09:56:00
Qəbul imtahanları ilə bağlı son qərarlar əvvəlki illərin məzunlarına da şamil olunur?-CAVAB

Ötən gün DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssilərinə qəbul imtahanları ilə bağlı bəzi məqamları açıqladı.

AzEdu.az həmin həm cari , həm də əvvəlki illərin məzunlarına şamil olunan qaydaları diqqətə çatıdırır.

Ali təhsil müəssisələrinə müraciət edən abituriyentlərin sənəd qəbulu 12 may  - 5 iyun tarixlərində onlayn şəkildə aparılacaq.

 

İmtahanların 20 iyul tarixindən sonra 1 dəfə keçirilməsi nəzərdə tutulur. Əvvəlki illərdə olduğu kimi, müsabiqə buraxılış və qəbul imtahanlarında toplanılan ballar əsasında 700 ballıq şkala əsasında aparılacaq.

 

Yəni abituriyent buraxılış mərhələsində 300, ikinci mərhələdə isə 400 bal toplayacaq. Yaz aylarında keçirilən imtahan ləğv olunduğuna görə, abituriyentlərə əlavə şans verilməyəcək.

 

I-IV ixtisas qruplarının hər hansı biri  üzrə imtahanda iştirak etmiş abituriyentlər eyni zamanda qabiliyyət imtahanında müvəffəqiyyət qazanmaq şərtilə V ixtisas qrupu üzrə də müsabiqədə iştirak edə bilərlər.

Buraxılış və qəbul imtahanlarına mart, aprel, may aylarında keçirilməsi nəzərdə tutulan  mövzulardan suallar salınmayacaq.

 

Bütün bu qaydalar əvvəlki ilin məzunlarına da şamil olunacaq. Əgər ötən ilin məzununu buraxılış imtahanı nəticəsi qane edirsə, o, birbaşa blok imtahanında iştirak edə bilər.

Onların imtahanında sadəcə gün fərqi ola bilər.

Bir məqamı da qeyd edək ki, təhsil eksperti Elçin Əfəndinin fikrincə, əvvəlki illərin məzunları da cari ildəki məzunlarla eyni gündə blok  imtahanı verə bilər.

 “İki il və ondan əvvəlki illərdə bitirən məzunlar da cari illə birgə imtahan verəcəklər, yəni eyni nominallı imtahan. Sadəcə gün fərqi yarana bilər. Amma mən bunun əleyhinəyəm. İmtahanın  bir gündə olmasının tərəfdarıyam”.