Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-10 19:00:00
Ümummilli liderin təhsil sevgisi - İctimai Şuranın sədr müavini yazır

 

 

"...Məktəb, maarif, təhsil işi ilə həmişə sıx bağlı olmuşam... Hesab edirəm ki, cəmiyyət haradan olursa-olsun, nədən olursa-olsun kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir. Bu, mənim prinsipial mövqeyimdir..."

 

Ümummilli liderimiz Heydər Əliyevin təhsilimizə olan bağlılığı, prinsipial mövqeyi bu günümüzdə də bu prioritet sahəyə diqət və qayğının təməlini təşkil etməkdədir.

 

Ciddi iqtisadi və sosial sarsıntılar yaratmış qlobal pandemiya şəraitində belə ulu öndərin prinsipial mövqeyinə sadiqlik nümayiş etdirən Ölkə başçısının Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmiri ilə bağlı tədbirlər haqqında sərəncamına əsasən təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədilə dövlət büdcəsindən Bakı Şəhər İcra Hakimiyyətinə 20,0 (iyirmi) mil yon, Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar Respublika ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinə 10,0 (on) milyon manat ayrılması, təhsilin bu gün də prioritet sahə olduğunu bir daha təsdiqləyən dövlət siyasətinin bariz nümunəsidir.

 

Pandemiyanın məşğulluq məsələlərinə də mənfi təsiri nəzərə alınaraq, gənc nəslin təhsilinə kömək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin dəstək proqramı çərçivəsində təhsil haqqı xərclərinin ödənilməsi barədə  qərarınaa əsasən, Azərbaycan Respublikasının təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan  və sosial baxımdan həssas əhali qrupuna aid edilən - ünvanlı dövlət sosial yardımı alanlar, hər iki valideyni və ya qanuni nümayəndələri
I və II dərəcə əlillik kateqoriyalarından hər hansı birinə aid olanlar, yaşa görə sosial müavinət alan,  işsiz kimi qeydiyyatda olan ailələrin üzvü olan tələbələrin  2019-2020-ci ilin yaz semesteri və 2020-2021-ci ilin payız semestri üzrə təhsil haqqı dövlət tərəfindən ödəniləcək.

 

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi “Qaydası”nda edilən dəyişikliyə əsasən əvvəllərdə olduğu kimi 5 il deyil, ən azı 3 il dövlət ümumtəhsil müəssisəsində müəllim işləyən şəxslərin güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik olması, maksimal məbləğ, maksimal müddət, minimal ilkin ödəniş, maksimal faiz dərəcəsinin optimallaşdırılması,  o cümlədən lisey, gimnaziya, internat məktəbləri, xüsusi məktəblər və s.-də çalışan müəllimlərin də güzəştli ipoteka kreditlərindən yararlana biləcəkləri növbəti dəfə müəllimin sosial müdafiəsində davamlılığının göstəricisidir.

 

Təhsil Naziri Ceyhun Bayramov da son çıxışlarında  təhsilin inkişafının hər zaman ümummilli liderin genişmiqyaslı fəaliyyətində prioritet sahə kimi mühüm yer tutduğunu bildirmiş və bu sahədə uğurlu inkişaf strategiyasının ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd etmişdir.

 

Nadir Israfilov