Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-10 11:34:00
MDU-da qiyabi təhsil üzrə online dərslərə start verilib

Mingəçevir Dövlət Universitetində (MDU) qiyabi şöbə üzrə 2019/2020-ci tədris ilinin yaz semestrinə 11 may tarixindən start verilir. Bütün ixtisaslar və kurslar üzrə dərslər müvafiq tədris planları əsasında online formatda həyata keçiriləcək.

 

MDU-dan AzEdu.az-a verilən məlumata görə, qiyabi şöbədə təhsil alan bütün tələbələrin “Microsoft Teams” platformasında qeydiyyatı təmin olunub.

 

Qiyabi şöbənin bütün qrupları üzrə dərs cədvəlləri universitetin  rəsmi saytında və sosial şəbəkə səhifələrində yerləşdirilib.  25 may tarixinədək davam edən dərslər hər gün saat 18:00-da başlayacaq.

 

Qeyd edək ki, karantin dövrünün tələblərinə uyğun olaraq, MDU-da əyani şöbə üzrə dərslər cari ilin 17 mart tarixindən etibarən “ZOOM” platforması üzərindən və videodərslər vasitəsilə, eləcə də 6 aprel tarixindən “Microsoft Teams” platforması üzərindən davam etdirilir.