Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-08 17:25:00
Bu müəllimlərə ipoteka krediti veriləcək-Nazir müşaviri açıqladı

“Dövlət ümumi təhsil müəssisəsində ən azı 15 il müəllim işləyən şəxslər də bu güzəştli ipoteka kreditlərindən yararlana biləcəklər”.

 

 

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil nazirinin müşaviri Elnur Məmmədov deyib.

 

 

 

O, hansı müəllimlərə ipoteka kreditlərinin verilməsi məsələsinə aydınlıq gətirib.

 

 

 

“1. Gənc ailənin üzvü olan müəllimlər üçün (gənc ailə dedikdə yaşı 35-dən çox olmayan şəxslərin nikaha daxil olmasından yaranan ailə, habelə himayəsində azı bir uşağı olan və yaşı 35-dən çox olmayan tək valideyn nəzərdə tutulur):

 

 

 

- Yeni redaksiyada "dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs" qeyd edilir. Başqa sözlərlə, artıq yalnız dövlət ümumtəhsil məktəbində deyil, o cümlədən lisey, gimnaziya, internat məktəbləri, xüsusi məktəblər və s.-də çalışan müəllimlər də güzəştli ipoteka kreditlərindən yararlana biləcəklər.

 

 

 

-Yeni redaksiyada "ən azı 5 il" deyil, "ən azı 3 il" iş stajı tələb olunur. Yəni, tələb olunan iş stajı müddəti də azaldılıb.

 

 

 

2. Dövlət ümumi təhsil müəssisəsində ən azı 15 il müəllim işləyən şəxslər də bu güzəştli ipoteka kreditlərindən yararlana biləcəklər. Əvvəllər, bu kateqoriya ümumiyyətlə nəzərdə tutulmamışdır.

 

 

Hazırda İpoteka və Kredit Zəmanət Fondu tərəfindən verilən güzəştli ipoteka kreditlərinin şərtləri belədir: maksimal məbləğ - 100 min AZN, maksimal müddət - 30 il, minimal ilkin ödəniş - 10%, maksimal faiz dərəcəsi - 3.7% (zəmanətlə) və 4% (zəmanətsiz)”.

 

 

 

Qeyd edək ki, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişikliklər edilib. Ən azı 3 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxslər güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik olacaqlar. İndiyə qədər bu müddət 5 il idi.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları