Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-08 11:27:00
Baş infeksionistdən "koronavirus yoxdur" iddialarına cavab

Koronavirus mövcuddur və doğrudan da sürətlə yayılır".

 

AzEdu.az bildirir ki, bu sözləri ölkənin baş infeksionisti Cəlal İsayev İctimai televiziyanın efirində yayımlanan 3D verilişində koronavirusla bağlı hazırki vəziyyəti şərh edərkən söyləyib.

 

"Koronavirus infeksiyası bir qism insanlarda yüngül keçir. Onlarda hər hansı bir əlamət olmaya da bilər. Amma, virus ifrazı davam edir. Bu virus ifraz edən şəxslər də başqalarının koronavirusa yoluxmasına səbəb olurlar".