Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-07 18:56:00
"Virtual məktəb"ə qoşulan müəllimlərin maaşında dəyişiklik olacaq? -Nazir cavabladı

“Təhsil sistemində çalışan işcilərin, müəllimlərin, hətta tələbələrin təqaüdünün vaxtında verilməsi Prezident tərəfindən qarşımıza qoyulan məsələlərdəndir və 100 faiz ödənilir. Virtual məktəbə qoşulan və qoşulmayan müəllimlərin əməkhaqqıların ödənməsində fərq olacağı nəzərdə tutulmur”.

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Operativ Qərargahın brifinqində deyib.  O, virtual məktəb layihəsində müəllimlərin  və şagirdlərin fəaliyyətindən də danışıb.

 

"Virtual məktəb layihəsində hazırda şagirdlərin və müəllimlərin 50 faizindən çoxu iştirak edir. Qeydiyyat prosesi  hələ də davam edir.  Biz hər gün sayın artımını müşahidə edirik. Aprelin ikisindən bu günə kimi 900 min şagird və müəllim layihəyə qoşulub. Virtual məktəbin bir üstünlüyü də odur ki, burada şagirdlər keçirilən dərslərə təkrar baxır, ev tapşırıqlarını edir və müəllimlərlə ünsiyyət qururlar. Bu mərkəzləşdirilmiş formada təqdim edilən yeganə məzmun forması deyil. Teledərslər vasitəsilə də biz məzmunu təqdim edirik. 

 

Müəllimlərimizin əksəriyyəti ilk gündən elektron formada virtual məktəb layihəsi olmadan da dərslər keçirdilər.  Bəzi müəllimlər isə daha sadə formada vatsap vasitəsilə, səsli mesajla məzmunu göndərməyə çalışırdılar. Qəbul edirik ki, hamıda texniki imkanlar eyni səviyyədə deyil, ancaq hamı imkanı daxilində bunu etməyə çalışır. Mən hesab edirəm ki, bu prosesdə müəllimlərimiz fədakarlıq göstərərək bütün imkanlardan istifadə ediblər".