Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-07 17:20:00
DİM sədrindən buraxılış imtahanları ilə bağlı açıqlama

"İyun ayında 9-cu sinif buraxılış imtahanlarının bir mərhələdə keçirilməsi planlaşdırılır".

 

AzEdu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

"Birinci istiqamət üzrə artıq 40 min şagird iştirak edib. İkinci istiqamət üzrə isə 80 min şagird iyun ayında bir mərhələli imtahan verəcək. Bu imtahanlar regionlarda baş tutacaq.  Koronovirusla bağlı olaraq Nazirlər Kabinetinin biz təqdim etdiyi metodik  göstərişlər nəzərə alınacaq.  Hər bir şagird tək oturacaq, bir auiditoriyada isə 12-15 şagird olacaq. Bu qaydalar ictimaiyyətə elan olunacaq"

 

DİM sədri bildirib ki, Bakı, Şirvan və Naxçıvanda I mərhələ keçirildiyinə görə digər bölgələr üzrə məzunlar yalnız imtahanın II mərhələsində iştirak edəcəklər: "Bu mərhələ üzrə maksimal bal 70 deyil, 100 bal olaraq hesablanacaq".