Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-07 13:52:00
Bu ərazilərdə yeni modul tipli məktəblər tikiləcək - Siyahı

Prezident İlham Əliyev Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında növbəti sərəncam imzalayıb.

 

Sərəncama əsasən, respublika ərazisində yaxın müddətdə quraşdırılması nəzərdə tutulan modul tipli məktəblərin siyahısı açıqlanıb.

 

AzEdu.az həmin siyahını təqdim edir:

 

- Ağdam rayonunda 9 nömrəli, 56 şagird yerlik modul tipli köçkün tam orta məktəbinin quraşdırılması;

 

- Ağsu  rayonunun  Bozavand kəndində 56 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması;

 

- Ağsu  rayonunun Gursulu kəndində 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması;

 

- Astara rayonunun Şəvqo kəndində 40 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması;

 

- Astara rayonunun Xıçaso kəndində 40 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması;

 

- Bərdə rayonunun Mollaisalar kəndində 96 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması;

 

- Cəlilabad rayonunun Badamağac kəndində 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması;

 

- Cəlilabad rayonunun Qarğılı kəndində 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması;

 

- Cəlilabad rayonunun Əliabad kəndində 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması;

 

- Füzuli rayonunda 17 nömrəli, 96 şagird yerlik modul tipli köçkün tam orta məktəbinin quraşdırılması;

 

- Gədəbəy rayonunun Əlinağılar kəndində 96 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması;

 

- Xaçmaz rayonunun Tikanlıoba kəndində 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması;

 

- Xaçmaz rayonunun Qədimalıqışlaq kəndində 56 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması;

 

- Xaçmaz rayonunun Əbilyataq kəndində 80 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması;

 

- İsmayıllı rayonunun Maçaxı kəndində 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması;

 

- Kəlbəcər rayonunda 96 nömrəli, 40 şagird yerlik modul tipli köçkün ümumi orta məktəbinin quraşdırılması;

 

- Quba rayonunun Xaspolad kəndində 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması;

 

- Quba rayonunun Haput kəndində 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması;

 

- Quba rayonunun Künxırt kəndində 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması;

 

- Quba rayonunun Gömürdəhnə kəndində 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması;

 

- Quba rayonunun Utuq kəndində 96 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması;

 

- Laçın rayonunun Nağdalı kəndində 80 şagird yerlik modul tipli köçkün tam orta məktəbinin quraşdırılması;

 

- Laçın rayonunun Əfətli kəndində 40 şagird yerlik modul tipli köçkün ümumi orta məktəbinin quraşdırılması;

 

- Lerik rayonunun Xanagah kəndində 96 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması;

 

- Lerik rayonunun Davidoni kəndində 20 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması;

 

- Lerik rayonunun Yuxarı Veri kəndində 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması;

 

- Lerik rayonunun Brkandul kəndində 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması;

 

- Neftçala rayonunun Yenikənd kəndində 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması;

 

- Şamaxı rayonunun Qəleybuğurd kəndində 96 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması;

 

- Şəki rayonunun Qaradağlı kəndində 20 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması;

 

- Şəki rayonunun Təpəcənnət kəndində 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması;

 

- Tovuz rayonunun Şıxheybət kəndində 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması;

 

- Tovuz rayonunun Göyəbaxan kəndində 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması;

 

- Zəngilan rayonunda 9 nömrəli, 132 şagird yerlik modul tipli köçkün tam orta məktəbinin quraşdırılması.