Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-07 11:55:00
Əmircan qəsəbəsindəki 97 nömrəli orta məktəb əsaslı təmir olunacaq  

Suraxanı rayonunun Əmircan qəsəbəsindəki 97 nömrəli orta məktəb əsaslı təmir olunacaq. Məktəbin köhnə binası, habelə emalatxanası söküləcək və 264 şagird yerlik yeni korpus (yeməkxana, idman və akt zalı ilə) tikiləcək.

AzEdu.az xəbər verir ki bu, “Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmiri ilə bağlı tədbirlər haqqında”

Azərbaycan Respublikası Prezidentinin Sərəncamında öz əksini tapıb.

Xatırladaq ki, Sərəncama əsasən, Bakıda və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmiri ilə əlaqədar 20 milyon manat ayrılıb. Bu vəsaitin 2 milyon 500 min manatı Suraxanı rayonunun Əmircan qəsəbəsindəki 97 nömrəli orta məktəbdə təmir və tikinti işlərinin aparılması üçün nəzərdə tutulur.