Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-06 17:37:00
İxtisasartırmada iştirak edən müəllimlərin sonrakı fəaliyyəti necə tənzimlənir?-RƏSMİ

 

 

 

Müəllimlərin İşə Qəbulu üzrə müsabiqənin keçirilməsi qaydalarına əsasən,  ümumtəhsil müəssisələrinə müəllim vəzifəsinə o şəxslər işə qəbul edilə bilərlər ki, onlar ali və ya orta ixtisas təhsili müəssisəsini pedoqoji istiqamətlər üzrə bitirib və təhsil haqqında sənəd əldə ediblər. Buna baxmayaraq, diplomunda müəllim sözü yazılmayan şəxslər də ixtisasartırma kurslarında iştirak edib pedaqoji fəaliyyətlə məşğul ola bilərlər. 

 

İxtisasartırma və kadrların yenidən hazırlığı müəssisələrinin fəaliyyəti cəmiyyətin tələbi əsasında sifariş prinsipi ilə qurulur, dövlət sifarişi nəzərə alınmaqla müəssisə, təşkilat, idarə və tək-tək vətəndaşlarla bağlanılmış müqavilələr əsasında həyata keçirilir. Təlimin forması, müddəti və məzmunu sifarişçi ilə razılıq əsasında müəyyən olunur.

 

İxtisasartırma və kadrların yenidən hazırlığı müəssisələri aşağıdakılardır: ixtisasartırma və kadrların yenidən hazırlığı institutları; ali məktəblərin müvafiq fakültələri; iri istehsal müəssisələri yanında fəaliyyət göstərən müvafiq kurslar; peşə tədris-tərbiyə müəssisələri; tədris-kurs kombinatları; təhsil orqanlarından xüsusi icazəsi olan başqa tədris müəssisələri.

 

Müəyyən edilmiş qaydalara görə, pedaqoji sahədə istər rəhbər olsun, istər müəllim ixtisasartırması 5 ildən bir müəyyənləşir. Amma müəllim istəsə 3 ildən bir, hər il gəlib iştirak edə bilər. Onlar əgər Diaqnostik Qiymətləndirmə imtahanlarında iştirak ediblərsə və minimum şərtləri ödəyiblərsə, fəaliyyətlərini davam etdirməkdə heç bir problem yaranmır.

 

İxtisasartırma kurslarını bitirmiş şəxslər üçün mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyələr və özəl qurumlar tərəfindən müvafiq stimullaşdırıcı tədbirlər həyata keçirilir. İxtisasartırma təhsilini keçmiş kadrın vəzifədə irəli çəkilməsində, əməyinin maddi və mənəvi qiymətləndirilməsində və ya təltifə təqdim edilməsində cari dövr üçün ixtisasartırma təhsili üzrə topladığı kreditlər nəzərə alınır.

 

İxtisasartırma təhsilinin əsas məqsədi şəxsiyyətin ixtisasartırmaya olan tələbatlarının öyrənilməsi, yaradıcı qüvvə və bacarıqlarının inkişaf etdirilməsi, onun həyatda öz imkannlarından tam istifadə etməsinə, mütəxəssis kimi özünütəsdiqləməsinə xidmət etməkdir. Bir sözlə, şəxsiyyətin tələbatlarının formalaşması və təmin olunması, onun funksional savad və mədəniyyətinin daim təkmilləşməsi diqqət mərkəzində durmalıdır.

 

İxtisasartırma təhsili əyani və distant (məsafədən) formada həyata keçirilə bilər.

 

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları