Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-06 16:24:00
Məktəb psixoloqu yeniyetmələrdə davranış pozuntusu mövzusunda tövsiyələrini təqdim edir

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən “Məktəb psixoloqundan tövsiyələr” sosial-maarifləndirmə layihəsi davam edir.

 

BŞTİ-dən AzEdu.az-a bildirilib ki, layihə çərçivəsində hazırlanmış 10-cu videoçarxda Bakı şəhəri 297 nömrəli tam orta məktəbin psixoloqu Aynur Ələsgərova “Yeniyetmələrdə davranış pozuntusu” mövzusunda tövsiyələrini təqdim edir.

 

Layihənin əsas məqsədi valideyn və şagirdlərə sosial təcrid günlərində onlayn psixoloji dəstək göstərmək, uşaqlarla davranış baxımından valideynlərə düzgün istiqamət vermək, qarşılıqlı münasibətlərdə psixoloji dayanıqlılığı artırmaq və sosial yardımlaşma imkanlarını genişləndirməkdən ibarətdir.

 

Xatırladaq ki, Təhsil Nazirliyi tərəfindən şagird, valideyn və ümumilikdə bütün vətəndaşlara psixoloji xidmət üçün yaradılmış 146-3 “Qaynar xətt” xidməti də fəaliyyət göstərir. Ölkəmizdə koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar karantin rejimi elan olunduğundan evdə qalan şagirdlər, eləcə də bütün vətəndaşlar mənəvi-psixoloji dəstəyə zərurət duyduğu hallarda sözügedən “Qaynar xətt” xidməti ilə əlaqə yarada bilərlər.